Artıq yeməklər qorxulu yuxunuz olmayacaq

Artıq yeməklər qorxulu yuxunuz olmayacaq
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 30
Fərqində olmadan yeməkləri daha kalorili hala gətirmiş ola bilərik. Bu da bizi 'Niyə heç cür zəifləyə bilmirik?' sualı ilə qarşı-qarşıya qoyur. Praktik və kiçik dəyişikliklərlə yeməkləri daha az kalorili olacaq şəkildə bişirə bilərsiniz.
 
 Sizin üçün aşağıdakı məsləhətləri hazırladıq :

- Sous və şorbaları az yağlı südlə bişirin.

- Bir kilo tərəvəzə ən çox 2 xörək qaşığı maye yağ əlavə edin. Ətli tərəvəz yeməklərinizdə maye yağ istifadə etməyin.

- Kartofu qızartmaq yerinə sobada südlə bişirməyi yoxlayın.

- Sobada yağsız bişirmək üçün yağlı kağızdan faydalanın.

- Keks və peçenyelərdə şəkər yerinə quru meyvə və ya az miqdarda bəkməz yoxlayın. Yenə keks və peçenyelərdə yağı azaltmaq üçün yağsız süd seçin.

- Meyvə şirəsindən gələn kalorini azaltmaq üçün sulandırın və ya mineral suyla qarışdırın.

- Darçın şəkər ehtiyacını azaldar. Meyvə salatı, bitki çayları və südünüzün içinə əlavə etməyi yoxlayın.

- Düyü yerinə yarma seçin. Glisemik indeksi aşağı olan yarma, qan şəkərinin səviyyəsini tarazlar, ehtiva etdiyi lif və zülallar düyüyə görə daha yüksəkdir.

- Pomidor və soğanı yeməklərdə bol istifadə edin. Kalori dəyəri aşağı, su nisbəti yüksək olduqları üçün doyurucudurlar və antioksidan həcmləri yüksəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!