Kökəlmək istəyənlər oxusun

Kökəlmək istəyənlər oxusun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 26
Ümumiyyətlə arıqlamaq istəyənlər daha çoxdur, amma kökəlmək istəyirəm deyənlərdə çoxdur. Bunun üçün dəyişik üsullar mövcuddur.

Kilo almaq, ən az kilo vermək qədər səy istər və tələb etdiyi xərc əlbəttə daha çoxdur.

Kilo almaq üçün sizlərə bəzi kökəlmə üsulları sıraladıq. Ümid edirəm işinizə yarayar



- 1 su stəkanı soyuq süd, bir yumurta və bir az da bal (yoxdursa bəkməz) qarışdırılıb mikserdən keçirilir və gündə 1-2 dəfə içilir. Bəlkə ilk zamanlar mədənizi bulandırar, amma zaman keçdikcə öyrəşəcəksiniz. Öyrəşə bilməsəniz yumurtasızda ola bilər.



- Gündə 3 ana pay və 2 də kiçik  pay yemək yeməniz şərtdir. Sonra yeyərəm deməyin, bunu edə bilmirsinizsə fındıq, qoz, kişmiş kimi kalorisi yüksək qidaları qəbul edin.



- Yeməklərdən dərhal əvvəl və yemək əsnasında su içməyin, içilən su toxluq hissi oyandırar və daha az yemək yemənizə səbəb olar. Yeməklə birlikdə su içmək bəzi insanlar tərəfindən təklif edilsə də bu səhvdir.



- Şirniyyatlardan daha çox kalorili olanları seçin.



- Arada bir də olsa kalorisi aşağı qidalarla mədənizi doldurmayın. Hər vaxt yüksək kalorili qidaları seçin.



- Yeməklərdə plov, makaron kimi yüksək karbonhidrat məhsullarını hər zaman qəbul edin. Bunları bol kərəyağlı seçin.



- Hər gün eyni şeyləri yeməyin. Dəyişiklik etsəniz daha iştahla, daha çox yeyərsiniz. Bu səbəbdən kökələrsiniz.



- Meyvə suları yüksək kaloridir. Xüsusi daha yüksək kalorili içkilərdə vardır. Su yerinə bunları seçin.



- Siqareti unudun. Həm iştahınızı azaldar, həm sağlamlığa zərərlidir.



- İştahızı qaçıracaq, kökəlmənizə maneə törədəcək gündəlik stresslərdən mütləq uzaq durun, xoşbəxt olmağa çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!