Sağlamlığı təhdid edən ən təhlükəli qidalar

Sağlamlığı təhdid edən ən təhlükəli qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 43
Bəzi qidalar nə qədər dadlı olsa da, zərərləri dadından daha çoxdur.
Onlardan mütəmadi istifadə etdikdə sağlamlığımıza zərər vurmuş oluruq.
Həmin qidalara qızardılmış kartof və ya kartof cipsi, qazlı içkilər, ağ
düyü, toyuq qızartması, qırmızı ət, şəkərli taxıllar, qəhvə, kolbasa və
marqarin də aid edilir.
Qızardılmış kartofun ən kiçik porsiyasında
belə xeyli kalori var. Lakin, kalorili olmasına baxmayaraq, bədəni
kifayət qədər qidalandırmır. Tez-tez qızarmış kartof yemək piylənməyə
gətirib çıxarır.
Cipsinin xırçldayan səsi və ləziz dadı bir
çoxumuzu ondan əl çəkməməyə sövq edir. Cipsi xüsusilə uşaqların sevmli
çərəzidir. Ancaq kartof cipsi sağlamlığa mənfi təsir edir. Kartof
cipsilərində bol miqdarda qoruyucu olması bildirilsə də, kalori
baxımından qida dəyəri çox deyil.
Qazlı içkilər şəkərsiz olsa belə,
faydalı hesab olunmur. Pəhriz içkilərində sıfır kalori olmasına
baxmayaraq, süni dadlandırıcılardan istifadə edilməsi onun tərkibində
şəkər olanlardan daha zərərli edir. Sağlamlığınızı düşünürsünüzsə, qazlı
içkilərdən uzaq durun.
Qızardılmış toyuq olduqca ləzzətlidir. Ancaq
qızardılmış toyuq yeməkləri və ağız sulandıran toyuq budları sağlamlıq
üçün o qədər də faydalı hesab olunmur. Toyuq əti yemək istəyirsinizsə,
qızartmasını  deyil, buxarda və ya qazanda, suda bişən variantlarına
üstünlük verin. Toyuğun dərisi də sağlamlığımızı təhdid edən təhlükəli
qidalar arasındadır.
Qırmızı ət və ya bu cür ət yeməklərində
ehtiyatlı olmaq lazımdır. Çünki gələcək illərdə müxtəlif sağlamlıq
problemləri yarana bilər. Ət yeməkləri xoşlayanlar həftədə 2 gün balıq
yesələr, daha yaxşı olar.
Şəkərli taxıl məhsullarında qoruyucu
funksiya olmasına baxmayaraq, lif baxımından zəngin deyil. Səhər
yeməyində həmin məhsullardan istifadə etmək istəyirsinizsə, bol miqdarda
lif olanı seçin.
Qəhvənin kalorisi 300-dür.  Sağlam həyat tərzi
sürmək istəyirsinizsə, qəhvədən uzaq durun. Bunun yerinə qara qəhvə
dənələrindən hazırlanan normal qəhvəni seçin. Qara qəhvənin yalnız 5
kalorisi var. Günə qəhvə ilə başlamağı sevirsinizsə, qəhvə dənələrindən
hazırlanan variantını seçin.
Kolbasa hazırlanması və bişirilməsi ən
asan olan qidalardan biridir. Ancaq digər işlənmiş qidalar kimi
tərkibində yüksək miqdarda qoruyucu maddələr, doymamış yağ, piy və duz
olduğundan sağlamlıq üçün çox zərərli hesab olunur.
Marqarin bizim də
mətbəxdə yer tutmağa başlayır. Kərəyağının alternativlərindən hesab
olunan marqarin mətbəxlərdə uzun illərdir ki, istifadə olunur. Ancaq
sağlam olmaq isəyirsinizsə marqarindən uzaq dayanmalısınız. Çünki
marqarinin içində bol miqdarda doymamış yağların olduğu bildirilir. Uzun
müddət istifadə etdikdə sağlamlıq problemlərinə yol açar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!