Kökəlmək istəyənlərə bir sıra məsləhətlər təqdim edirik

Kökəlmək istəyənlərə bir sıra məsləhətlər təqdim edirik
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 23
Kökəlmək istəyənlərə bir sıra məsləhətlər təqdim edirik.



Yeməkdən əvvəl və yemək yeyərkən su içməyin, içilən su sizdə toxluq hissi yaradar və bu da az yemək yeməyinizə səbəb olar. Yeməklə bərabər su içmək bəzi insanların vərdişi olsa da, bu səhfdir.



Şirniyyatlardan daha çox kalorili olanını seçin - paxlava kimi.





Arada da olsa, kalorisi az olan ərzaqlarla mədənizi doldurmayın. Hər zaman yüksək kalorili ərzaqlara üstünlük verin. Yeməklərdə plov, makaron kimi yüksək karbohidrat tərkibli yeməklər yeyin. Bunlara çoxlu kərə yağı əlavə edin. Hər gün eyni şeyləri yeməyin. Dəyişiklik etsəniz, daha iştahla, daha çox yeyərsiniz və beləliklə, çəkinizi artıra bilərsiniz. Meyvə sularında kalori yüksək olur, belə şirələrə daha çox üstünlük verin.





Siqaretdən uzaq olun. Siqaret həm iştahınızı azaldır, həm də sağlamlığınıza ziyandır. İştahınızı qaçırdan, çəki almağınıza mane olan stresdən uzaq olun və xoşbəxt olmağa cəhd göstərin. Özünüzü fitnes salonunda hiss edib evdə 20 dəqiqə idman edin.





Sağlam kökəlmək üçün sümüklərimizi möhkəmləndirməliyik. Buna görə də idman edin və bol proteinli ərzaqlar yeyin. Çünki sümüklər proteindən güc alır. Yumurta, kartof, ət, toyuq, süd, lobya, fındıq protein baxımından çox güclüdür.



İdman etdikdən sonra qandakı karbohidrat səviyyəsi düşür. Çünki bədən ilk olaraq bunu işə salır. Buna görə idmandan sonra bu karbohidratı yerinə qaytarın. Un məhsulları, lobya, kartof, şirniyyat, şokolad, banan, alma karbohidratla bol olan məhsullardır. İdmandan başqa çox hərəkət etməyin, çox gəzməyin.





Çox yağlı yemək yeməyin. Bu, həm sizi tox saxlayar, həm də sonra yemək yeyə bilməzsiniz və ya az yeyərsiniz. Yağlı qida xolestrolun səviyyəsini də artırır, bu isə xoşagələn hal deyil.



Ən çox sevdiyiniz yeməkləri gözünüzün qarşısına gətirin. Əlbəttə, yüksək kaloliri olanları. Canınız istəyən kimi nuş edin. Təzə və ətirli ərzaqlardan istifadə edin. Salat az yeyin, yemək istəsəniz yağlı, az sirkəli və az limonlu olsun.



Tez yeməyə çalışın. Tortu 9 dəqiqəyə yeyənin 646 kalori, 20 dəqiqəyə yeyənin isə 579 kalori aldığı praktikadan keçərək təsdiqlənib.



Yeməkləri qaynanmış deyil, yağlı və qızardılmış olaraq yeyin.





Çəki artırmaq üçün çay və qəhvədən uzaqlaşın. Çay və qəhvə iştahı azaldır. Az için, ya da içsəniz çox şəkərli için.



 Belə məlum olub ki, güclü işıq iştahanı öldürür, qaranlıq isə iştahı açır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!