Kökəlmək istəyənlər üçün ən doğru məsləhətlər

Kökəlmək istəyənlər üçün ən doğru məsləhətlər
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 12
Dünyada köklükdən əziyyət çəkənlər olduğu kimi, həddən artıq arıq olduğu üçün 4-5 kilo kökəlmək istəyənlər də var. Ancaq onların işi arıqlamaq istəyənlərdən daha çətindir. Çünki onlar nə qədər yağlı, karbohidratlı qidalar qəbul etsələr də, kökəlmirlər.



Belə insanlar mütləq diyetoloqa müraciət etməlidirlər. Həmçinin həkim müayinəsindən də keçmək lazımdır. Çünki arıqlığın səbəbi müxtəlif xəstəliklər ola bilər.



Ancaq arıq olmağınızın səbəbi xəstəlik deyilsə, o zaman diyetoloqun xüsusi olaraq hazırladığı pəhrizlə sağlam şəkildə kökələ bilərsiniz.



Kökəlməyinizə kömək edəcək qidalar:



Çərəzlər



Ofisinizdəki stolun üstünə, çantanıza, avtomobilinizə, evinizin müxtəlif yerlərinə kiçik bir qabda çərəz qoyun. Çərəzlərin kalorisi çox yüksəkdir, həmçinin vitamin və minerallarla da zəngindirlər. Gün ərzində 1-2 ovuc çərəz yeyərək həm sağlam qidalanarsınız, həm də enerjinizi yüksəldərsiniz.



Süddən hazırlanmış desertlər



Yeməkdən bir müddət keçdikdən sonra südlü desertlər yeməyiniz məsləhətdir. Süddən hazırlanmış desertlərin tərkibində bol miqdarda zülal və kalsium var. Bu tip qidalar kökəlmək üçün lazım olan enerjini ehtiva edir. Belə desertlərin üzərinə qoz, fındıq, fıstıq kimi yağlı çərəzlər əlavə etsəniz, işinizi daha da asanlaşacaq.



Çay əvəzinə meyvə suyu için



Səhər yeməyi zamanı çay və ya qəhvə əvəzinə evdə özünüzün hazırladığı təbii meyvə suyu için. Beləliklə, səhər yeməyində daha çox kalori qəbul etmiş olarsınız. Təzə sıxılmış meyvə suları vitamin anbarıdır, immunitet sistemini gücləndirməyə kömək olur.



Siqareti tərgidin



Kökəlmək və ya ideal çəkidə qalmaq istəyirsinizsə, siqareti tərgitməlisiniz. Çünki siqaret iştahanı azaldır və siqaretdəki nikotin maddəsi həzm sistemini sürətləndirir. Bu səbəbdən siqaret çəkən insanların kökəlməsi çox çətindir.



Çox su içməyin



Gündəlik 1,5-2 litrdən artıq su içməməyə çalışın. Həddindən artıq su içdikdə bu toxluq hissi yaradır, daha az yeməyinizə səbəb olur. Əsas yeməkdən əvvəl içdiyiniz  şorba miqdarını da azaldın.



Qəlyanaltı etməyi unutmayın



Gün ərzində bol miqdarda kalsium və zülal qəbul etməyə çalışın. Bunun üçün gün ərzində 2-3 stəkan süd içmək və ya qatıq yemək lazımdır. Südə və ya qatığa bal, mürəbbə kimi kalorisi bol olan ləzzətli qidalar əlavə edin.



Qazlı içkilərdən uzaq durun



Kola kimi qazlı içkilər əvəzinə  evdə hazırlanan limonad, müxtəlif meyvə suları və kompotlar için. Beləliklə sağlam qidalanarkən kökəlmək üçün sizə lazım olan mineralları və vitaminləri qəbul etmiş olacaqsınız.



Doğru yağlardan istifadə edin



Kökəlmək bol yağlı yeməklər yemək heç də doğru qərar deyil. Sadəcə təbii şəkildə qidaların tərkibində olan yağlar həm sağlamlığınız, həm də kökəlməyiniz üçün yararlı ola bilər. Kökəlmək istəyirsinizsə, kərə yağından və zeytun yağından istifadə edin.



Yemək yediyiniz məkan çox önəmlidir



İştahaya psixoloji məqamlar təsir edə bilər. Odur ki, stressli şəraitdə iştahanız azala bilər. Buna görə də yeməyinizi havası təmiz, daha az əşyanın olduğu məkanda yeyin. Bunun üçün açıq havada olan restoranlar və evinizin bağçası daha uyğundur. Bağçanız yoxdursa, yemək otağınızı yaşıl bitkilərlə bəzəyin.



Yeməyin yanında içki içməyin



Yemək yeyərkən eyni zamanda içki və ya su içmək toxluq hissi yaradır. Beləliklə daha az yeyirsiniz. Ona görə də kökəlmək istəyənlər suyu və ya içkini yeməkdən 30-45 dəqiqə öncə və ya sonra içməlidirlər.



Salat yeməyi unutmayın



Salatlar sizə lazım olan lif, vitamin və mineralları qəbul etməyiniz üçün lazımdır. Salatınızı müxtəlif qidalarla zənginləşdirməli və kalori dəyərini artırmalısınız. Bunun üçün salata qoz, zeytun yağı, pendir və zeytun əlavə edə bilərsiniz.



İdmanla məşğul olun



Elə bilirsiniz ki, idmanla ancaq arıqlamaq istəyənlər məşğul olmalıdır? Yox, kökəlmək istəyənlər də sağlam və xoşbəxt həyat üçün idmana vaxt ayırmalıdırlar. Bunun  üçün bir mütəxəssisdən kömək alaraq sizin üçün uyğun  olan idman növünü tapmalısınız.



Kalorisi çox olan qidalar yeyin



Mədədə çox yer tutmayan, amma kalori dəyəri yüksək olan qidalar qəbul etmək kökəlməyə kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!