Nə edək kökələk?

Nə edək kökələk?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 44
Çox su içməyin

Gündəlik 1,5-2 litrdən artıq su içməməyə çalışın. Həddindən artıq su içdikdə bu toxluq hissi yaradır, daha az yeməyinizə səbəb olur. Əsas yeməkdən əvvəl içdiyiniz  şorba miqdarını da azaldın.



Qəlyanaltı etməyi unutmayın

Gün ərzində bol miqdarda kalsium və zülal qəbul etməyə çalışın. Bunun üçün gün ərzində 2-3 stəkan süd içmək və ya qatıq yemək lazımdır. Südə və ya qatığa bal, mürəbbə kimi kalorisi bol olan ləzzətli qidalar əlavə edin.



Qazlı içkilərdən uzaq durun

Kola kimi qazlı içkilər əvəzinə  evdə hazırlanan limonad, müxtəlif meyvə suları və kompotlar için. Beləliklə sağlam qidalanarkən kökəlmək üçün sizə lazım olan mineralları və vitaminləri qəbul etmiş olacaqsınız.



Doğru yağlardan istifadə edin

Kökəlmək bol yağlı yeməklər yemək heç də doğru qərar deyil. Sadəcə təbii şəkildə qidaların tərkibində olan yağlar həm sağlamlığınız, həm də kökəlməyiniz üçün yararlı ola bilər. Kökəlmək istəyirsinizsə, kərə yağından və zeytun yağından istifadə edin.



Yemək yediyiniz məkan çox önəmlidir

İştahaya psixoloji məqamlar təsir edə bilər. Odur ki, stressli şəraitdə iştahanız azala bilər. Buna görə də yeməyinizi havası təmiz, daha az əşyanın olduğu məkanda yeyin. Bunun üçün açıq havada olan restoranlar və evinizin bağçası daha uyğundur. Bağçanız yoxdursa, yemək otağınızı yaşıl bitkilərlə bəzəyin.



Yeməyin yanında içki içməyin

Yemək yeyərkən eyni zamanda içki və ya su içmək toxluq hissi yaradır. Beləliklə daha az yeyirsiniz. Ona görə də kökəlmək istəyənlər suyu və ya içkini yeməkdən 30-45 dəqiqə öncə və ya sonra içməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!