Öd kisəsində daş yaranmaması üçün bu çaydan için!

Öd kisəsində daş yaranmaması üçün bu çaydan için!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 34
İtburnu təbiətin bəxş etdiyi ən faydalı bitkilərdən biridir. İtburnu çayını bəyənməyən adam az tapılar, bu dadlı çaydan içərək sağlamlığınızın qayğısına qala bilərsiniz.
Tərkibi
Tərkibində bol miqdarda C vitamini və mineral maddələr olan itburnu fosfor və kalium baxımından daha zəngindir.
İtburnunun tərkibində A, B1 B2, E və K vitaminləri də var. Kalsium, maqnezium, dəmir, manqan, mis, sink çatışmazlığından əziyyət çəkmək istəməyənlər itburnudan yararlana bilərlər.
Sümüklər
Toxumalardakı bərkimələrin və sümük əriməsinin qarşısını alır. Duzlaşma, romatizma kimi xəstəliklərin müalicəsi zamanı olduqca faydalıdır.
Sümüklərin möhkəmlənməsini təmin edir. Sınıq, çıxıq kimi problemlərin tez bir zamanda aradan qalxmasında effektlidir.
Yoluxucu xəstəliklər
C vitamini ilə bol olduğu üçün qızdırma, yorğunluq, immunitet sisteminin zəifləməsi kimi hallarda itburnu ən yaxşı köməkçinizə çevrilə bilər.
Həzm sistemi
Spazma, mədədə turşuluq səviyyəsinin artması, xoradan qaynaqlanan şikayətlərin və köpün aradan qaldırılmasına təsir edir.
Bağırsaq xəstələri itburnudan ishalın qarşısını almaq, infeksiyalardan qorunmaq üçün istifadə edə bilərlər. Qəbizliyi aradan qaldıran itburnu öd kisəsi, böyrək kimi orqanların xəstəliklərdən qorunmasını təmin edir.
Həzm sistemindəki bəzi parazitlərin bədəndən atılmasına kömək edir.
Qan xəstəlikləri
Xərçəng və bəzi uşaqlıq yolu xəstəlikləri zamanı baş verən qanamalar, hamiləlik dövründə baş verən spazma və ağrılar zamanı çox yaxşı təsir edir.
Qan laxtalanmasınının qarşısını almaq, klimaks zamanı yaranan problemlərdən xilas olmaq, qan dövranını sürətləndirmək, orqanizmdən toksinləri atçmaq üçün də yararlıdır.
İtburnudan qansızlıqdan əziyyət çəkənlər və qanı təmizləmək istəyənlər də bol-bol istifadə edə bilərlər.
Təzyiq
İtburnu bitkisi təzyiqi tarazlayır. Qaraciyər iltihabının qarşısını alır. Şəkər xəstələri üçün ən yararlı bitkilərdən hesab olunan itburnu qan şəkərini tənzimləyir, öd kisəsində daş yaranmasına maneə olur.
Gözlər və qrip
Gözlərini qüvvətləndirmək istəyənlər itburnu çayını soyudub gözlərə çəkməlidirlər. İtburnu qrip zamanı nəfəs yollarının tıxanmasının qarşısını alır.
Bu möcüzəvi bitki iştahanı açdığı, yaddaşı qüvvətləndirdiyi, beyin funksiyalarını gücləndirdiyi və stressi azaltdığı üçün min bir dərdin dərmanı hesab edilir.
İtburnu çayı necə hazırlanır?
Bir stəkan qaynamış suya bir çay qaşığı xırda doğranmış itburnu qabığı əlavə olunur və dəmlənməsi üçün 15 dəqiqə gözlənilir. Daha sonra süzüb gündə 3 stəkan içmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!