Nə edək kökəlmə sağlam olsun?

Nə edək kökəlmə sağlam olsun?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
İnsan mütləq kökələcəm ,deyib qaydasız yeməli deyil. Bu yolla kilo ala bilsə də, alınan kilo bir işə yaramayacaq, sadəcə qarında bir şişlik meydana gətirəcək. İnsan hər gün 3 dəfə əsas, 3 dəfə əlavə olmaqla ümumilikdə 6 dəfə qidalanmalıdır. Bu çox vacibdir. Yeməkdən əvvəl idman eləmək lazımdır. Bu həm iştahı açar ,həm də alınan kilonun sağlıqlı formada alınmasına səbəb olur. İdmandan sonra karbohidratlı qidalara üstünlük vermək lazımdır. Belə ki, idman zamanı itirilmiş karbohidratı bu qidalarla bərpa etmək olar. Süd və süd məhsullarına, ət və ət məhsullarına üstünlük verilməlidir.
Südə bal, şəkər, bəhməz əlavə edərək içə bilərsiniz. İçəcəklər yemək əsnasında yox, yeməkdən 30 dq əvvəl və ya 30 dq sonra içilməlidir. Yemək arası su içməyin! Təzə sıxılmış meyə sularına üstünlük verilməlidir.
Yatmazdan əvvəl yemək və ya şirniyyat yeyilməlidir. Yeməklərdən sonra da şirniyyat yemək lazımdır. Kökələcəm ,deyib çox yağlı yeməklər yemək düzgün deyil. Yağ ilə alınan kilo sağlıqsız  kilodur. Fındıq, fıstıq, badam, qoz və s. yeyilməlidir. Qatığın içinə şəkər qatıb yemək lazımdır. Hərgün yumurta yemək lazımdır. İştah artırıcı maddələrə önəm verin. Nanə, kimyon kimi adviyyatlar iştah açıcı özəlliyə malikdir. Yeməklərlə bərabər bunlardan istifadə etmək yararlıdır.
Unutmayın! Dünyada kökəlmək istəyirəm deyən tək adam siz deyilsiniz. Problemin həlli isə sandığınız qədər çətin deyil!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!