Kökəlmək çətindir deyənlər üçün

Kökəlmək çətindir deyənlər üçün
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
Hörmətli xanımlar və cənablar! Məni həmişə yəni son dövrlərdə sadəcə arıqlamaq barədə yazıları oxuyur və müəyyən nəticələr çıxarmağa çalışmışam.
Lakin bu yazını yazmağıma səbəb çox hörmət etdiyim insanlardan birinin gündən-günə arıqlaması və çəkisinin artırılması üçün nə etməli olduğunu bilməməsi oldu. Beləliklə ilk deyim ki, məqsədli arıqlamaq və kökəlmək üçün ilk öncə insan bu niyyətini həyata keçirmək üçün psixoloji bu işə hazır olmalıdır. Yəni hər şey beyində başlayir. daha sonra isə paralel şəkildə müəyyən fəaliyyətləri cəmləməlidir. bir neçə nümunə yazıram: Normalda qadınlar bir gündə 1500-2000, kişilər isə 2500-3000 kalori yemək qəbul etməlidirlər. Biz əgər kökəlmək istəyiriksə bir gündə qadınlar 2500, kişilər isə 3500 kaloridən çox qida qəbul etməlidirlər. hər gün qəbul edilən artıq 500 kalori həftədə 800 qr-1 kq çəki almaniza səbəb olacaq. Hansı qidaların daha kalorili oldugunu bilmirsinizsə sizə bir neçə nümunələr təqdim edəcəm. Bunlar : kərə yağı, yaglı süd, yağlı pendir, bal, qizardilmiş ət yeməkləri, quru yeməklər, yağlı plov, bilinçiklər və bütün növ şirniyyatlar, tortlar, mürəbbələr və s.. Düzdür yay fəslində insan meyvəyə üstünlük verir. əgər siz təcili kökəlmək istəyirsinizsə mədənizin müəyyən tutumu oldugunu düşünməli və çox alma, armud , ərik, qaysı, gilas və qarpız kimi meyvələri yeməkdənsə onlarin miqdarini azaltmaqla müəyyən müddətlik daha kalorili meyvələr üstünlük verməlisiniz. Misal olaraq qoz, findiq, badam kimi quru meyvələrə, tut, şaftalı, banan, yemiş ümumiyyətlə daha şirin meyvələrə üstünlük verməlisiniz.  Əgər təcili kökəlmək istəyirsinizsə. xüsusilə toy və ya mühüm tədbir ərəfəsindəsinizsə gündəlik olaraq daha çox yemək ( ətli, yaglı) yeməklər, müxtəlif növ şirniyyatlar tortlar yeməyə çalışmalı və stresdən eləcə də  çox hərəkətdən uzaq olmalısınız.  Ümidvaram ki, yazdıqlarım müəyyən qədər ehtiyacı olanlara kömək edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!