25 yaşdan sonra kökəlməyin sirri

25 yaşdan sonra kökəlməyin sirri
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 88
İnsanın 25 yaşa dolandan niyə kökəlməsinin səbəbləri bəlli olub. 25 yaşından sonra yemək vərdişləri və hormonal tarazlıqlar dəyişir. Hərəkətsiz həyat və nizamsız yuxu da buna əlavə olunduqda maddələr mübadiləsinin sürəti yavaşıyır və bədəndə yağ nisbəti artır. Beləliklə, kökəlmək qaçılmaz olur.
İstirahət vəziyyətində orqanların çalışması, bədən istiliyinin qorunması kimi həyati fəaliyyətlərin davam etdirilməsi üçün lazım olan məcburi enerji xərcləməsinə maddələr mübadiləsinin sürəti deyilir. Bu, sürətin zamanla düşdüyü bir həqiqətdir. Bu eniş çox yemək yeməyə səbəb olur, hətta pəhriz saxlanmasına baxmayaraq arıqlamağa da mane olur. Yaş, cins, yuxu müddəti, mütəmadi aclıq halı, qızdırma ilə müşayiət olunan xəstəliklər, fiziki fəaliyyət kimi amillər və hormonlar da maddələr mübadiləsinin sürətinə təsir edə bilər. 25 yaşından sonra azalan bu sürət kökəlməyə səbəb ola bilər.
25 yaşından etibarən formada qalmaq üçün nə etmək lazımdır? Tez-tez və az-az qidalanmaq, nə olursa-olsun, pay ötürməmək, həddən artıq duz, şəkər və yağlı qidalardan qaçmaq şərtdir. Təbii ki, siqaret və spirtli içkilərdən də uzaq dayanmaq lazımdır. Pəhrizlərdə bol su və mayeli qidalardan istifadə etmək, lifli qidaların (quru paxlalılar, kəpəkli taxıllar, tərəvəz və meyvələr kimi) istifadə etmək formada qalmaq üçün əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!