Qida antidepressantları

Qida antidepressantları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 36
Hamımız fikir vermişik ki, əhvalımız pis olduqda əlvan rəngli və şirəli giləmeyvələr, təravətli çay və şokolad bizə sevinc hissini qaytarmaq gücünə malikdir.
Bunun səbəbi yalnız təravətli qoxu və dadda deyil. Tori Payns (Florida) Universitetinin tədqiqatçıları bu məhsulların hal əhvalımıza niyə yaxşı təsir göstərdiyinə cavab tapıblar.
«Qida antidepressantları» sayılan çay, şokolad və giləmeyvələrin analizi göstərmişdir ki, bu məhsulların tərkibində olan maddələr, güclü depressiya dərmanlarının tərkibində olan maddələrə çox yaxındır.
Buna misal olaraq, qaragilə, moruq, çiyələk, kakao və çayın müxtəlif növlərində müasir antidepressantların əsas tərkibi olan «valproev turşusuna» oxşar komponentlər vardır. Şokoladın isə tərkibində təbii kimyəvi birləşmələr olduğundan (onlar üzüm və qırmızı çaxırda da var) ürək və damarlara çox yaxşı təsiri göstərdiyi deyilir.
Alimlər hələ psixiki xəstəlikləri bu məhsullarla müalicə etmək mümkündürmü sualına cavab almasalar da, bu məhsulların həm xeyirli, həm də əhvalınıza müsbət təsir göstərdiyinə əmin olaraq rasionunuzda tez tez istifadə etməniz məsləhət görülür. Yalnız həddi keçməyərək, çünki hər bir məhsulun xeyri olduğu kimi istifadəsi çox olduqda ziyanlı xüsusiyyətləri nin də olduğunu unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!