Kökəlmək istəyənlərə

Kökəlmək istəyənlərə
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 28
Arıq olmaq köklüklə müqayisədə daha ciddi problemdir.
Ancaq bu bir faktdır arıq adamlar, ətli-canlı olanlara nisbətən fiziki cəhətdən daha dözümsüz olur. Ortası ortadan keçən, hörümçəkdən can istəyən adamın sağlamlıq durumu lap uzaqdan-uzağa şübhə doğurur.
Kökəlmək təkcə insanın baz-burutlu, yaraşıqlı görnüşü üçün deyil, bəzən onun sağlamlığı üçün də çox vacib əhəmiyyət daşıyır. Lakin kökəlmək təkcə çörək yeyib, su içməklə başa gəlmir, əksər hallarda artıq kilolara nail olmaq üçün müəyyən pəhrizə riayət etmək lazım gəlir.
Kimə artıq kilolar rahatlıq vermir, kiməsə əksinə. Çəkini artırmaq səsləndiyi qədər asan iş deyil. Bu arada olanlar da pəhriz saxlamalı olacaqlar.
Bu pəhzirə başlamazdan əvvəl tam tibbi müayinədən keçmək lazımdır. Kökəlmək üçn gün ərzində 5 dəfə yemək və yeməyi ağızda yaxşı çeynəmək, ruhi tarazlıqdan çıxmamaq və hər şeyə qarşı soyuqqanlı olmaq lazıdır. Həyacan keçirib, hər şeyi ürəyinizə salsanız nəticə sıfra bərəbar olacaq.
 
Pəhriz əvvəlcə az kalorili olmalıdır. Kalorinin sutkalıq miqdarı 3000-3500 kkal-yə qədər tədricən artırılmalıdır. Gündəlik qida rasionunda züllarlar 15% yağlar 30 % karbohidratlar isə 55 % təşkil etməlidir.
Qidada karbohidratların çox olması kifayət qədər tez piy toxumasının əmələ gəlməsinə səbəb olur.
Rasionunda şəkər, bal, ağ çörək, makaron, məhsulları və meyvə şirələrinin olması əsas məsləhətlərdən biridir. Soya, lobya və digər paxlalılar da əvəzolunmazdır. Qida məhsullarının mənimsənilməsinəə səbəb olan vitamin və mineral duzlardan da istifadə etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!