Çəkinə görə gün ərzində nə qədər su içməlisən?

Çəkinə görə gün ərzində nə qədər su içməlisən?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 196
İnsan orqanizminin 80%-ni su təşkil edir. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişilir. 45%-dən 60%-ə qədər çata bilir.

Yoqlar hesab edirlər ki, orqanizmin təmizlənmə vasitələrindən biri sudur. Su həm müalicəvi, həm də gigiyenik əhəmiyyətə malikdir. Su hüceyrələr, toxumalar və bədən mayelərinin (qan, limfa, mədə və bağrsaq şirələri, öd, tüpürcək) əsas hissəsini təşkil edir. Qan dövranında su hüceyrələrə oksigeni çatdırır və ən güclü həlledici olduğuna görə tullantıları xaric edir.

Bu səbəbdən su insan üçün həyat deməkdir. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb ola bilər. İnsanların bir hissəsi az su içir. Bu səbəbdən də səhhətlərində müxtəlif pozulmalar baş verir - böyrək xəstəlikləri, qəbizlik, tez qocalma və s. Belə insanların dərisi daha tez qocalaraq, təravətini itirir. Həmçinin bağırsaqda su azalmaqla mikrobların artması nəticəsində immun sistemi zəifləyir və xəstəlik orqanizmi bürüyür.

uyun aşağıdakı möcüzələrinə baxın:

Aclığı azaldır.

Bədən istiliyini normada saxlayır.

Bağırsaqları daha asan işlədir.

Qəbizliyi aradan qaldırır.

Dərini yumşaldır, elastikləşdirir, yaşlanmanı gecikdirir.

Saçları qidalandırır.

Gözlərə canlılıq və parlaqlıq verir.

Qadınlarda minustrasiya ağrılarını azaldır.

Su hamiləlikdə ürək bulantılarını azaldır.

Arıqlamağın ən asan yolu bol su içməkdir.

Ürək-damar xəstəliklərində böyük rol oynayır.

Su dünyadakı bütün içkilərdən daha asan tapılır və heç bir zərəri yoxdur.

Beynin 75% sudur.

Hüceyrələrə qida və oksigen daşıyır.

Yediklərimizi enerjiyə çevirir.

Yaşama səbəbi olan orqanlarımızı qoruyur və rahatlaşdırır.

Lakin suyu birbaşa qətiyyən içmək məsləhət deyil. Həmçinin uşaqdan böyüyə, hər bir çəkinin gündəlik su balansı var.

9 kq - 0.25 litr

18 - 0.5

27 - 0.75

36 - 1

45 - 1.25

54 - 1.5

63 - 1.75

72 - 2

81 - 2.25

90 - 2.5

99 - 2.75

108 - 3

117 - 3.25

126 -3.5

135 - 3.75

144 - 4

Qeyd: Gündəlik içdiyiniz çay, kofe, hətta təbii şirələr suyu əvəz etmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!