Kökəlmək bəzən ən böyük arzudur…

Kökəlmək bəzən ən böyük arzudur…
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 14
Normal kökəlmə yolu ilə insan 1 ayda 2 kilodan artıq almamalıdır.

İndi çoxları üçün artıq piydən əziyyət çəkmək, sözün əsl mənasında, böyük problemə çevrilib. Piylənmə insanların istəmədikləri, amma məruz qaldıqları bir prosesdir. Hələ 10 il bundan qabaq artıq çəkini həkimlər daha çox xarici görünüşün kosmetik deffektinə aid edirdilərsə, indi ÜST piylənməni maddələr mübadiləsinin xroniki xəstəlikləri kateqoriyasına daxil edib. Hətta onun dəqiq beynəlxalq tərifi də verilib. Piylənmə, piyin artıq yığılması ilə xarakterizə olunan, digər sistem və orqanların ciddi ağırlaşmasına gətirib çıxaran xroniki xəstəlikdir.

Bu gün dunyada 1,7 milyard insan piylənmədən əziyyət çəkir. Narahatçılığa səbəb olan tibbi proqnozlara görə, 2025-ci ildə kişilərin 40%-i, qadınların 50%-i dünyada piylənmədən əziyyət çəkəcəklər. 14 yaşa qədər hər il artıq çəkili uşaqların sayı 7% artır. Bu məsələnin bir tərəfidirsə, digər tərəfində həddən artıq arıq olan insanların kökələ bilməməsi dayanır.

Arıq olmaq nə qədər gözəl olsa da, insanlar bundan zövq və rahatlıq alsa da zaman-zaman arıqlıqdan şikayət də edənlər olur. Passiv həyat tərzi keçirməsinə, gündə normadan daha artıq yeməsinə baxmayaraq, 100 qram belə kökəlməyən insanlar qədər gülməli görünsə də həkimə müraciət edirlər. Kökəlmək arıqlamaq qədər yorucu və üzücü bir prosesdir.Kökəlmək üçün həddindən artıq qida qəbul edənlər də var. Buna baxmayaraq, kilo ala bilməyən insanların şikayəti "dünyanı yesəm də, artmıram” olur. El arasında belə insanlara paxıl, qurdlu insanlar deyirlər. Guya kökəlməmək səbəbi budur, amma bu, tamamilə yanlış bir fikirdir. Kilo almaq üçün insanlar bəzən yediklərinin ikiqatını yeməyə çalışır, istəməsə belə özünü məcbur edir. Halbuki normadan artıq qəbul edilən qida həzm olunmada problem yaradır, mədə genişlənməsinə səbəb olur. Birdən birə qidanı artırıb digər problemlər yaşamaqdansa qidanı yavaş-yavaş artırmaq lazımdır. Çox yemək yediyi halda kökəlməyən insanın artmama səbəblərindən biri həddindən artıq çay və qəhvə istifadə etməsidir. Çay insanın arıqlamasına səbəb olan faktorlardan biridir.Kökəlmənin qarşısını alan, insanı daha da zəiflədən səbəblərdən biri də insanın yaşam tərzi, hissləridir. Həddindən artıq əsəbi və daim təlaş içində yaşayan insanlar da zəiflikdən əziyyət çəkənlər sırasındadır. Buna görə qidadan əvvəl insan daxilən bütün sıxıntıları və problemləri kənara qoymalıdır. Bir də genetik faktor var ki, ailəsi arıq olan insanların kökəlmək sahəsində elə də şansı yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!