Hansı meyvə hansı xəstəliyin dərmanıdır?

Hansı meyvə hansı xəstəliyin dərmanıdır?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 20
Meyvə və tərəvəz insan orqanizmi üçün çox faydalıdır. Bir çox
xəstəliklərin qarşısının alınması və bədənin möhkəmlənməsi üçün meyvə və
tərəvəzin qəbul olunması məsləhətdir.



Alma xərçəng xəstəliyinin müalicəsində, xərçəngdən qorunmada, allergiya
və ürək damar xəstəliklərində faydalıdır. Gündə ən az qabığı ilə
birlikdə 2 alma yemək faydalıdır.



Nar da insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki bəzi maddələr
sayəsində xolesterol və şəkəri tarazlayır. Həmçinin, ürək sağlamlığını
qoruyur, qanı artırır. Bu səbəbdən gündə 1 stəkan təzə sıxılmış nar
suyunu içmək, yaxud da 2-3 dənə nar yemək faydalıdır.



Son 10 il ərzində alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub
ki, qara üzüm xərçəng xəstəliyinə çox faydalıdır. Bundan başqa, qara
üzüm ürək damar xəstəlikləri üçün də faydalı sayılır.



Meyvənin qabığı ilə birlikdə yeyilməsi məsləhətdir. Gündə 1-2 stəkan qara üzüm suyu insan orqanizmi üçün çox faydalıdır.



Böyürtkən də insan orqanizmi üçün çox faydalıdır. Böyürtkən xərçəngli
hüceyrəli öldürür. Böyürtkən yarpaqları da çox faydalıdır. Onu çay kimi
dəmləyib içmək bütün orqanizmdəki mikrobları öldürür və bədənə qüvvət
verir



Albalı da insan orqanizmi üçün olduqca faydalıdır. Albalı xərçəng
xəstəliyinn meydana gəlməsini və şiddətlənməsinə mane olar. Xüsusilə
döş, dəri, ağciyər və qaraciyər kimi xərçəng tiplərində təsiri güclüdür.



Qarpız da insan orqanizmi üçün olduqca xeyirlidir. A və C vitamini
cəhətdən zəngin olan qarpızın tərkibindəki faydalı maddələr bədəni
xərçəngə qarşı qoruyur, toksik maddələrdən təmizləyir. Həmçinin,
böyrəkdə daş olan zaman qarpız yemək çox faydalıdır.



Qırmızı turp insanda ağciyər xərçəngi riskini azaldır, döş xərçəngindən
qoruyur. Bol miqdarda turp salatı yemək məsləhətdir. C vitamini ilə
zəngin olan qırmızı bibərini yemək çox faydalıdır. O xərçəng
hüceyrələrinin böyüməsinin qarşısını alır və immunitet sistemini
gücləndirir, bədəni zərərli maddələrdən qoruyur.



Pomidor yemək də olduqca xeyirlidir. Xüsusilə yüngül bişmiş pomidor
prostat problemlərindən qoruyur. Pomidor yemək ağciyər və döş
xərçənginin yaranmasına mane olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!