Tərəvəzlərin bilmədiyimiz faydaları

Tərəvəzlərin bilmədiyimiz faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 21
Sarımsaq

Ölkəmizdə sarımsaq dərman kimi qəbul edilən tərəvəzlərin arasında başda gəlir. Qan təzyiqini salmaqda çox xeyirlidir. Yalnız bu xüsusiyyəti ilə qalmayıb, damar divarlarının hamar qalmasını, damarların elastikliyini qoruyur və beləcə damar kirəclənməsinin meydana gəlməməsini də müvəffəqiyyətlə təmin edir. Bu effekti əldə edə bilmək üçün, gündə 3-4 diş sarımsaq yemək kifayətdir.



Mədəsi sarımsağa həssas və ya narahatedici qoxu gəlməsini istəməyən şəxslər, sarımsağı uda bilərlər. Ən azından hər kəsin həftə sonu bir-iki istirahət günü vardır. Heç olmazsa bu günlərinizdə mümkünsə sarımsaq yeyin. Qoxusu xoş deyil, amma faydalarını oxuyunca yemək istəyirsən.



Sarımsaq vəba və taun kimi epidemiya xəstəliklərin qorxulu yuxusudur. Antiseptik, sidik artırıcı, öd ifrazatlarını artırıcı, soxulcan və Öküz soliteri salıcısı, iştah açıcı, təzyiq (qan təzyiqi) və xolesterol salıcı, qanı durulducu və immunitet sistemini gücləndirici təsirlərə malikdir. Antiseptik (mikrob öldürücü) təsir daşıdığı da araşdırmalar nəticəsində sübut edilmişdir. Bir sözlə, haradasa hər dərdə dəvadır sarımsaq. Fürsət tapdıqca qəbul etmənizi tövsiyə edirik.



Kələm

Kələmin mədə və on iki barmaq bağırsağın xorası müalicəsində çox təsirli olduğu, elmi təcrübələrlə sübut edilmişdir. Bu müalicə 4-5 həftə ərzində kələm suyu içilərək edilir. Xəstə adam, yüngül pəhriz qidası alır və yeməklərdən sonra olmaq üzrə, gün ərzində cəmi 1 litr kələm suyu içir. Mədə yanması və mədə ağrıları da bu müalicə sayəsində qısa müddətdə sona çatır.

Kələm, döş və uşaqlıq xərçənginə qarşı çox təsirlidir. Bundan əlavə, bədəndə yığılan zəhərli maddələrin atılmasını da təmin edir. Qandakı şəkər miqdarını aşağı salır. Sarılıq və öd kisəsi xəstəliklərinə və astmaya qarşı faydalı olduğu bilinir.



Pomidor

Pomidorun bizim milli mətbəximizdəki yerini inkar edə bilmərik. Nahardan başlayıb, ta bütün yeməklərimizdə, istər salatlarda, istər əsas yeməklərimizə əvəzsiz dad verən, mətbəxtlərimizin gündəlik qidaları sırasındadlr. Bir ev xanımının mətbəxində kartof və soğandan sonra hər zaman xüsusi yeri vardır. Ölkəmizin Xaçmaz bölgəsi pomidoru ilə çox məşhurdur.

Faydalarına gəlincə, qabıq və toxumları ilə bağırsaqları hərəkət etdirər. Öd və böyrək daşlarını əridər. Pomidor suyu eyni miqdarda kərəviz suyu ilə qarışdırılaraq içilsə faydası daha çox olar. Podaqra və revmatizma xəstəliyi çəkənlərə, hər səhər böyük bir stəkan pomidor suyu içmələri tövsiyə edilir.



Balqabaq

Yüngül bir qida olmasından əlavə, bir tərəvəz ancaq bu qədər faydalı ola bilər, deyə bilərik. Bu əvəzsiz tərəvəzin faydalarına gəlincə: balqabaq yeməyi və ya şirniyyatı mədə və bağırsağa yumşaqlıq verir. Bağırsaq iltihabı və hemeroidin yaxşılaşmasını tezləşdirir. Bədəndəki ödemi ataraq və sinirləri saktləşdirərək, təzyiqi salar.

Bir az balqabağı süd içində qaynadıb, əldə edilən mayeyə, şəkər əlavə edilərək isti-isti içilsə sinəsi yumşaldar. Öskürəyi kəsər.

                                  

Hər zaman sağlam olmanız arzusu iləскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!