Sarımsağın 10 faydası

Sarımsağın 10 faydası
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 313
Yeməklərdə, sosuslarda, salatlarda verdiyi o möhtəşəm ləzzəti ilə sarımsağı çoxumuz sevirik. Sarımsaq özünəxas qoxusu və dadını tərkibindəki "allisin" maddəsi sayəsində qazanır. Bu maddə yüz illərdir insanları xəstəliklərə qarşı qoruyur.



Təzyiqi çox aşağı olan, mədə narahatlığı, sarımsaq allergiyası olanlardan başqa hər kəs sarımsağı rahatlıqla yeyə bilər.



30 ədəd sulfid birləşimi, fərqli fermentlər və amin turşuları, flavanoid minerallar, A , B və C vitamin tərkiblidir.



Probiotik təsirli sarımsaq orqanizm üçün faydalı bakteriyaların təsirini artırır. İmmunitet sistemini gücləndirməyə yardımcı olur.



Həzm sistemi üzərində müsbət təsiri var.



Qandakı xoş xassəli xolesterolu yüksəldib pis xassəli xolesterolu və trigliseriti azaldır.



Təzyiqi yüksək olan insanlar sarımsağı mütəmadi yeməlidir. Yüksək təzyiqi aşağı salır.



Araşdırmalarla müntəzəm sarımsaq yeyənlərin yeməyənlərdən fərqli olaraq mədə xərçənginə 50% az nisbətdə yoluxduğu bəlli olub.



Damar sərtliyi probleminə qarşı sarımsaq ən yaxşı qoruyucudur.



Qan şəkərinin tənzimlənməsində yardımcı olur.



Sarımsaq siqaret, kirli hava şərtləri və fərqli kimyəvi maddələrin bədənə vurduğu zərərlərin təsirinin getməsinə yardımcı olur.



Bədəndə yığılan toksinlərin atılmasında yardımcı olur .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!