Əsla qabığını soymayın!

Əsla qabığını soymayın!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 13
Bağırsaq xərçəngi: Almanın içində olan pıçal, bağırsaqların
işinə köməkçi olar. Pıçalı yeməkləri çox istehlak edən ölkələrdə
bağırsaq xərçəngi çox aşağıdır. Halbuki meyvə, tərəvəz, salat,
paxlalılar və təbii taxıl məhsullarını qidalanma nizamına və mətbəx
mədəniyyətinə yerləşdirə bilməmiş ölkələrdə bağırsaq xərçəngi ciddi
rəqəmlərə çatır. Qəbizlik, qalın bağırsaq xərçənginin ən əhəmiyyətli
səbəblərindən biridir. Alma, içindəki pıçal sayəsində qəbizliyi önləyər.
Siqaretin səbəb olduğu xərçəng növlərindən biri olan mesanə xərçənginə
qarşı almanın içində olan antioksidanlar, siqaret çəkənlərdə mesanə
xərçəngi riskini azaldır.



Xolesterol:

Alma, ehtiva etdiyi pıçal və antioksidan xüsusiyyəti sayəsində
ləl-cəvahirat dəyərindədir. Bütün pıçalı yeməklər kimi, xolesterolu
təbii yollardan salar. Çöldən aldığımız yağlı heyvani qidalar, bir
qoruyucu olmadığı zaman bağırsaqda udulma həyata keçirir. Alma isə bu
qatılığı maneələr və nəcis yoluyla çölə atılmasını təmin edər. Ayrıca
həzm üçün lazımlı olan, qaraciyərdən on iki barmaq bağırsağına axıdılan
öd turşularının gərəksiz olan qisimlərini də əmərək, bədəndən atılmasını
təmin edər. Qandakı xolesterol miqdarı bu yola düşər.



Ürək- Damar:

Qandakı və çöldən alınan xolesterolu salaraq, ürək və damar
xəstəliklərinin qarşısını alar. Almanın içində olan antioksidanlar,
qandakı xolesterolun oksidə olub, damar divarını yapışmasının qarşısını
alar.



Şəkər xəstəliyi:

Şəkər, ağ çörək, ağ makaron, kartof və qarğıdalı, qandakı şəkəri
sürətli yüksəltdiyi üçün, şəkər xəstəliyi üçün çox təhlükəlidir. Almanın
içindəki pektin maddəsi şəkəri əmər və qan şəkərinin sürətli
yüksəlməsinə mane olar.

Gündə bir ədəd orta boy alma yemək sağlamlıq üçün çox faydalıdır. Şirin
yerinə alma yemək kilo problemləri olanları, şirindən uzaqlaşdırar.
Toxluq hissi yaradır. Ancaq ən əhəmiyyətli ağılda tutulması lazım olan
mövzu budur, bütün dəyəri qabığındadır. Almanın qabığını soymadan
istehlak edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!