Maraqsız verilişlər adamı kökəldir

Maraqsız verilişlər adamı kökəldir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 17
Maraqlı televiziya proqramları zamanı qadınlar azkalorili qida qəbul
etməyə meyllidirlər. Tərsinə, veriliş maraqsızdırsa, o zaman
qeyri-sağlam qida qəbul etmək həvəsi 52%-ə qalxır.



Isveçin Uppsal Universitetinin alimləri 18 qadını müşahidə ediblər.
Müxtəlif növ verilişlərin baxışı zamanı bu qadınların yediklərinin
qədəri və keyfiyyəti analiz edilib.



Həmçinin tədqiqat zamanı qadınlara İsveç ərazisində rast gəlinən həşəratlar barədə məqalələr oxumağı da təklif ediblər.



Baxdıqları və oxuduqlarını qadınlar "maraqlı” və "maraqsız” qisimlərə
bölüblər. Bu zaman alimlər bu kateqoriyalara uyğun olaraq onların
menyularını tutuşdurublar.



Tədqiqat göstərib ki, maraqlı seriala baxan zaman qadınlar maraqsız
verilişlərə baxıb həşəratlar barədə oxuyan zamana nisbətən 35% daha az
yeyiblər.



Beləliklə alimlər sübut ediblər ki, insanı yemək yeməyə televizor özü deyil, orada göstərilən təhrik edir.



Zərərli qidaları çoxlu yeməmək üçün alimlər televizora baxış zamanını
tənzimləməyi, əvvəlcədən proqram seçməyi məsləhət görürlər. Həmçinin nə
yediyinizə də diqqət etsəniz, pis olmaz.



Üstəlik, televizora baxdığınız zaman mürəkkəb olmayan fiziki təmrinlər
də edə bilərsiniz, bu nəinki iştahınızı azaldacaq, həmçinin artıq
kiloqramlardan qurlutmağınıza da yardım edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!