Narkotikdən fərqi olmayan şəkər

Narkotikdən fərqi olmayan şəkər
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 29
Fransada aparılan araşdırma nəticəsində şəkərin insanı kokain qədər asılığa salması sübut olunub. Şokolad yeməyə başladıqda, beyniniz xoşbəxtlik hissi bəxş edən dopamin və opiathormonlarını ifraz etməyə başlayı. Ancaq bunların hamısı sonda depressiya və orqanizmin narahatlığına səbəb ola bilər. Şəkərin zərəri bununla bitmir. Belə ki, şəkər beyində iltihaba və bədənin artıq çəki toplamasına da birbaşa təsir göstərir. Şəkər, həmçinin dişləri zəiflədir, ürək xəstəlikləri, diabet və xərçəng riskini artırır.



Mütəxəssislər şəkər istəyini azaltmaq üçün bu təklifləri irəli sürür. Beləliklə, "şirin" ölümdən xilas olmağın yollarını sizlərə təqdim edirik.



1. Gözəl səhər yeməyi yeyin.Yumurta, pendir, zeytun, kərə yağı və bal tərkibli nahar edin.

2. Yaşıl tərəvəzlər yeyin. Brokoli, ispanaq kimi yaşıl tərəvəzlər enerjinizi artırır. Tərkibində olan maqnezium kimi minerallar şəkər istəyini azaldır.

3. Tatlandırıcı istifadə Süni dadlandırıcılar şəkər istəyini artırır. Yağ edir.

4. Günəş işığı alın, D vitamini serotonin çıxarmağa köməkçi olur. Xoşbəxtlik hormonu serotonin şəkər istəyini nəzarət altına alır.

5. Yaxşı yağlardan yeyin. Qabıqlı quru yemişlər, omega-3 zəngini balıqlar, zeytun yağı və s. istifadə edin.

6. Zülal alın. Qırmızı ət, ağ ət, yumurta və balıq enerji şəkər istəyini öldürür.



Professor Canan Karatay verdiyi açıqlamada şəkərin tam şəkildə zəhər olduğunu ifadə edib: "Şəkər baş işlədər deyərlər. Ancaq şəkər beyni keyidir. Əlimdə olsa, şəkəri tamamilə qadağan edərdim. Edilən araşdırmalarda şəkərin təhlükəli olaraq bilinən yağdan da daha təhlükəli olduğu aşkar edildi. Üstəlik heç bir qida dəyəri belə yoxdur. Tam bir zəhərdir", — deyə məşhur həkim bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!