Krevetka sevənlər oxusun

Krevetka sevənlər oxusun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 40
Pivə içənlər üçün sevimli çərəzlərdən biri də krevetkadır. Amma çox
vaxt ətrafdan onun sağlamlığa zərərli olduğu barədə şaiyələr eşidirik.
Bütün bunlar həqiqətə nə dərəcədə uyğundur? Budəfəki məqalədə bu
məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Dəniz məhsullarından hesab edilən krevetka bir çox balıq növlərinə
nisbətən daha yüksək zülala və xolesterol səviyyəsinə malikdir. Bununla
yanaşı, onda doymuş yağ nisbəti toyuq və mal ətinə nisbətən daha
aşağıdır. D, B3 vitaminləri və sink ilə zəngin olan bu dəniz məhsulu
artıq çəkidən qurtulmaq üçün olduqca mühüm əhəmiyyətə malikdir.



Eyni zamanda o, yeni hüceyrələrin inkişafına şərait yaradır, saçın
cansızlığını aradan qaldırır. Buna görə də deyə bilərik ki, krevetka
bəzilərinin dediyi kimi zərərli qida vasitəsi deyil. Əlbəttə ki, bir çox
qida kimi o da çox istifadə edildikdə orqanizm üçün zərərli ola bilər.



Mütəxəssislərin sözlərinə görə, dəniz məhsulları ürək üçün nə qədər
faydalı olur olsun, həftədə iki dəfədən daha çox qəbul edilməsi məsləhət
görülmür. Amma nəzərə alsaq ki, biz krevetkadan əsasən, içki süfrəsində
çərəz kimi istifadə edir, gündəlik yeməklərimizdə bu dəniz məhsuluna o
qədər çox yer ayırmırıq, deməli, bu məsələdə narahat olmağa dəyməz.



Bu gün krevetkanın geniş yayılmış növlərindən biri də onun
konservləşdirilmiş formasıdır. Mütəxəssislərin sözlərinə görə, bu növ
krevetkadan istifadə edərkən xüsusilə diqqətli olmalı, onların saxlanma
şəraitinə, qida dəyərinə, istehsal və son istifadə müddəti haqqında
məlumata xüsusilə fikir verməliyik. Konserv formasında olan krevetkaları
açan kimi yemək və ikinci dəfə dondurucuya qoymamaq tövsiyə edilir.



Əminliklə deyə bilərik ki, yuxarıda göstərilən şaiyələrdən narahat olmağınız üçün heç bir səbəb yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!