Enerjimizi alan qidalar

Enerjimizi alan qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 20
Yorğunluq, xüsusilə qida qəbulundan sonra süstlük kimi hallarla tez-tez
rastlaşırıq. Heç bir fiziki və zehni əməklə məşğul olmadan, ən əsası,
gecənin normal istirahətindən sonra belə xoşagəlməz hallar yarananda
səbəbini heç cürə aydınlaşdıra bilmirik.



Yuxu pozğunluğu, fiziki və zehni gərginlik olmadan insan yorğunluğunun
əsas səbəbi düzgün qidalanmamaqdır. Bəzi qida məhsulları və içkilər var
ki, onlar insanın həyat gücünü, enerjisini alır.



1. Un və makaron məmulatları.

Bu qida məhsullarında olan yanlış düşündüyümüz "tez mənimsənilən"
karbohidratlar qanda qlükozanın səviyyəsinin kəskin artımına gətirib
çıxarır. Bu da öz növbəsində, səhhətinin və əhval-ruhiyyənin sürətlə
dəyişməsi təhlükəsini yaradır, süstlüyə səbəb olur.



2. Alkoqollu içkilər.

Spirtli içkilər orqanizmdə susuzluq yaradır. Maye qəbul edilsə də,
orqanizmin suya tələbatının təmin olunması çətinləşir. Bununla yanaşı
orqanizm alkoqolun qalıqlarını çıxarmaq üçün də əlavə enerji sərf edir.
Son nəticədə bir-iki saatlıq sərxoşluqdan sonra orqanizm enerji itkisi
ucbatından taqətdən düşür, yorulur, süstləşir.



3. Duz.

Duzdan artıq istifadə etmək də spirtli içkilər kimi mənfi təsir
göstərir. Duz hüceyrələrin quraqlığına səbəb olur ki, bu da orqanizmin
fəaliyyətində gərginlik yaradır. Həmçinin duzun yaratdığı susuzluq
yorğunluq və süstlüklə nəticələnir.



4. Qızardılmış yeməklər.

İstənilən qida məhsulu qızardılmış halda orqanizm tərəfəndin çətin
mənimsənilir və gec həzm olunur. Bunun nəticəsində də əlavə enerji sərf
olunur. Qızardılmış yeməklərin qəbulundan sonra yaranan süstlüyün səbəbi
də elə budur.



5. Sirniyyat.

Şirniyyat məmulatları qanda qlükozanın səviyyəsini artırır, tez bir
zamanda orqanizmə hədsiz doyum təsiri göstərir ki, bu da yorğunluq
yaradır, süstlüyə səbəb olur.



Bütün bunlar bir daha sübut edir ki, düzgün qidalanma insanın
sağlamlığı, əhval-ruhiyyəsi və xarici görünüşünə bilavacitə təsir
göstərir. Əgər özünüzü gümrah hiss etmək istəyisinizsə yuxarıda
göstərilən qida məhsullarından məhdudiyyətlə istifadə edin və
ümumiyyətlə rasionunuza daxil etdiyiniz qidaların seçimində diqqətli
olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!