Müsli – faydalı səhər yeməyi

Müsli – faydalı səhər yeməyi
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 15
Səhər yeməkləri həm dadlı, həm də xeyirli olmalıdır. Müsli – səhər
yeməkləri üçün ən yaxşı variantdır. Müsli tez mənimsənilir, vitamin və
mikrolementlərlə zəngindir, qanda xolesterinin miqdarını azaldır,
mübadilə proseslərini tənzimləyir.

Bundan əlavə qəbizlikdən əziyyət çəkən insanlar üçün bu qida əsl
müalicəvi effekt verir ki, bağırsaqları "işləməyə” vadar edir. Bu
xeyirli yeməyin bir neçə reseptini sizə təqdim edirik.



Zövqünüzə və səhhətinizə uyğun olaraq müxtəlif yarmalara (buğda, yulaf,
darı və s.) xoşladığınız meyvələri, giləmeyvələri, meyvə quruları,
çərəzlər və s., şirələr ələvə edə bilərsiniz. Nuş olsun!



Ərik və alma ilə müsli



3 stol qaşığı yulaf yarması ("gerkules”) bir qədər ilıq qaynanmış suda
isladın. 5 ədəd ərik və 1 almanı xırda doğrayın və yarmaya əlavə edin. ¼
stəkan yağı az olan xama, 2 çay qaşığı bal və xırda doğranmış 3-4 qoz
ləpəsi əlavə edib yaxşı qarışdırın.



Armud və üzüm ilə müsli



3 stol qaşığı yulaf yarması, 2 çay qaşığı xırda doğranmış fındıq, 2 çay
qaşığı üzüm, 2 ədəd xırda doğranmış armüd qarışdırın. Üzərinə ½ limonun
şirəsi, bir qədər darçın, 1 çay qaşığı bal və 200 qr yoqurt əlavə edib
yaxşı qarışdırın.



Ərik və əncir qurusu ilə müsli



4 stol qaşığı buğda yarmasını (preslənmiş şəkildə) bir qədər ilıq
qaynanmış suda isladın. Üzərinə 3 xırda doğranmış ərik və 3 əncir
qurusu, 150 qr yoqurt əlavə edin və qarışdırın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!