Həzm sistemini yaxşılaşdıran məlhəm

Həzm sistemini yaxşılaşdıran məlhəm
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 13
Son vaxtlar mədə xəstəliklərindən əziyyət çəkənlərin sayı daha da artıb. Bunun qarşısını almaq üçün ev şəraitində təbii otlar dəmləyib içmək məsləhətdir.



Xarici mətbuata istinadən mədə problemlərini aradan qaldıracaq məlhəm təqdim edirik:



Bu məlhəm həzmi yaxşılaşdırır, aclığı qaydaya salır və mədədəki narahatlıqları aradan qaldırır. Məlhəmdən mütəmadi istifadə etmək mədəaltı vəzinin işini yaxşılaşdırır, qandakı xolesterini qaydasında saxlayır.



2 xörək qaşığı dəniz yosunundan (apteklərdə satılır), 1 xörək qaşığı qatırquyruğundan, 1 xörək qaşığı qoyunqırandan, 1 xörək qaşığı boymadərəndən, 1 xörək qaşığı çobanyastığından, 1 xörək qaşığı zəncirotundan, 1 xörək qaşığı qara istiotdan, 1 xörək qaşığı nanə qurusundan götürüb qarışdır, şüşə bankaya yığıb, qaranlıq yerdə saxlayın.

Qarışıqdan 1 xörək qaşığı götürüb, 250 ml. qaynar suya tökün. Yeməkdən sonra bu qarışıqdan için.

 

Məlhəmdən 1 həftə hər gün istifadə edin. 1 həftə fasilə verdikdən sonra müalicəni yenidən başlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!