Şokoladın faydaları

Şokoladın  faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 68
Qoxusu ilə belə insanı xoşbəxt edə bilən şokoladın hər gün yeni faydası üzə çıxır. Şokolad ürək xəstəlikləri, xərçəng kimi xəstəliklərlə mübarizə aparır, dərini və sümükləri bəsləyir. İngiltərənin "Mirror" qəzeti bu möcüzəvi şirniyyatın faydalarını araşdırıb.



1.Şokoladın tərkibində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Belə ki, kakao qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə üç qat daha çox antioksidana sahibdir.

2.Şokolad zəngin kalsium qaynağıdır. Bu da sümüklərin möhkəm olması deməkdir.

3.Şokolad xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir.

4.Güclü dişlər bədəndə olan florun miqdarından asılıdır. Şokolad bu maddə ilə də boldur.

5.Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır.

6.Şirniyyatın tərkibində olan dəmir və sairə maddələr dərini gözələşdirir, hüceyrələri yeniləyir.

7.Hər gün az miqdarda şokolad yemək qan laxtalanmasının, bu isə öz növbəsində qəfil infartk riskini aradan qaldırır.

8.Şokolad insanın enerjisini artırsa da, qanda şəkərin miqdarını sürətlə artırmır.

9.Qəhvə içmək yerinə şokolad yemək daha faydalıdır. Çünki onun tərkibində daha az kofein var.

10. Şokolad dişə ən az ziyan vuran şirniyyatdır. Çünki südlü şokoladın tərkibində yüksək miqdarda protein, kalsium və fosfat var. Bu maddələr diş minasını qoruyur.

11.Şokoladdakı yağ qandakı xolesterinin artmasına səbəb olmur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!