Krivetin faydaları və bişirilmə qaydası

Krivetin faydaları və bişirilmə qaydası
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 41
Balıqdan sonra ən çox istehlak edilən canlı krivetlərdi. Krivet çəhrayı, boz, qəhvə və sarımtıl rənglərdə ola bilər. Bütün il boyunca həm donmuş, həm də təzə olaraq istehlak edilə bilən bu canlı xüsusilə omeqa-3 yağ turşuları baxımından çox zəngindir. Krivetin Faydaları Krivet selenyum mineralı baxımından olduqca zəngindir. Selenyum xərçəng və bu tərz ciddi xəstəliklərə səbəb olan maddələri təsirsiz hala gətirir. Krivet aşağı kalorili bir zülal qaynağıdır. Bir boşqab krevetdə təxminən 23,7 qram zülal və 112 kalori vardır. D vitamini qaynağı olan krivet dişlərin və sümüklərin güclənməsinə köməkçi olur. Bundan başqa kalsium və fosfor tarazlığını da təmin edir. Omeqa-3 yağ turşuları baxımından zəngin olan krivet beyin funksiyalarının nizamlı inkişafında və işində təsirlidir.  Ehtiva etdiyi B12 vitamini ilə qan hüceyrələrinin inkişafını dəstəkləyir. Diş ətləri narahatlıqlarında da anti-enflamatuvar təsiriylə bilinir. Bişirmə təklifləri: Tərifinizdə necə lazım olduğuna bağlı olaraq qabıqlı və ya qabıqsız şəkildə bişirilə bilər. Krivetin təmizlənməsinin isə özünə xas bir üsulu mövcuddur. Təmizləyərkən başını və qıçlarını əvvəl və ardından quyruğundan tutaraq  qabığını təmizləməyiniz lazımlıdır. Donmuş krevetləri təmizləyərkən tamamilə soymamağa diqqət yetirin. Krivet yüngül buzlu haldaykən qabığını  soymaq daha asan olacaq.

Krivetin bağırsaqları qaynatmadan ya da bişirilmədən əvvəl də çıxarıla bilər. Bunun üçün kürək qisimini yüngülcə çəkərək bağırsaqlarını çıxara bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!