Sevgilisindən ayrılanlar bu qidaları yesin

Sevgilisindən ayrılanlar bu qidaları yesin
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 8
Boşanmaq, ya da sevgilidən ayrılmaq stressə səbəb olur. Buna görə belə hallarda çox vaxt yüksək kalorili qidalara üstünlük veririk. Bu kalorili qidaların əvəzinə ayrılıq zamanı sizə yaxşı təsir edəcək, az kalorili bu 5 qidaya göz atın.

Ayrılığa yaxşı təsir edən 5 qidanı təqdim edirik.

 

Somon kimi yağlı balıqlar adrenalin səviyyəsini nəzarət altına alaraq sakitləşdirir. Omeqa 3 yağ turşuları da özünüzü yaxşı hiss etmənizə kömək etməklə yanaşı, sağlam dəri və saçlara sahib olmanıza imkan yaradacaq. Beləliklə, gözəl görünüşünüzlə yeni sevgilinizin diqqətini çəkə bilərsiz.

 

İmmunitetin güclənməsinə yardımçı olan badam tərkibindəki E vitamini və sink sayəsində sizə kömək edəcək. Qoz, fındıq da yeyə bilərsiz.

 

Stressli olduğunuz zamanlarda mədə şikayətlərinin olması normaldır. Daha çox qarın ağrısı və ishaldan əziyyət çəkə bilərsiz. Qatığın tərkibində olan canlı aktiv minerallar mədə problemlərini əngəlləyər, bədənə protein və kalsium bəxş edər. Kefir və donmuş qatıq da yeyə bilərsiz.

 

Bitter şokoladın stress səviyyəsini aşağ saldığı sübut olunub. Xoşbəxtlik hormonu olan seratonini artıran şəkər tərkiblidir. Çox yemək də lazım deyil.

 

Tam taxıldan səhər yeməklərini yüksək karbohidratlı qidaların əvəzinə yeyin. Səhərlər 1 kasa yağsız süd ilə səhər yeməyi üçün tam taxıl gəvrəyi yeyin.

 

Nə yediyinizlə yanaşı necə yediyiniz də vacibdir.

Acdığınızdan əmin olun. Son yediyiniz zamanı düşünün. Stressdən dolayı yemək istəyirsizsə, qaçın, ilıq duş qəbul edin.

 

Hüzurlu ətraf yaradın. Yemək yeyərkən bütün elektron alətlərinizi söndürün. Ara yeməklərə 5-10 dəqiqə, ana yeməklər üçün isə 20-30 dəqiqə vaxt ayırın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!