Müxtəlif ölkələrin səhər yeməyi

Müxtəlif ölkələrin səhər yeməyi
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 18
Səhər yeməyinizi kral, günorta yeməyinizi prins, axşam yeməyinizi isə kasıb kimi yeyin. Səhər yeməyi bizim ən əsas yeməkdir, məhz o, imkan verir ki, günə tam enerji ilı başlayaq. Əsas yeməyimizi şirin çay, pendir, yağ, çörək, bəzən sıyıqqlar, bal doşab təşkil edir. Düzdür, bu menyu dəyişir, axı hər kəs zövq və təlabatına görə qidalanır.



1.Pankekli Amerika səhər yeməyi. Evdə hazırlanmış qalın pankeklər amerikalıların vazkeçilməz səhər yeməyidir. Yulaf əzməsi və qəhvə də klasiklər arasındadır.





2.Bol proteinli Alman səhəri. Pendir, sosis, kartof, qaz ciyəri, yumurta, qara çörək alman səhər yeməyinin ən sevimli ləzzətləri arasındadır.





3.Şokaladlı düyü lapalı Filippin səhəri. Şokaladlı düyü lapası, salamura balığı, qızarmış sarımsaqlı plov və sərt qəhvə baş rolda.





4. Fransız səhəri. Baget çörəyi və kruvasan növbənöv cemlər, kərə yağı, yanında da çoxu zaman qəhvə tərcih edirlər.





5.Miso şorbalı Yapon səhəri. Yaponlar əsasən günə yaşıl çayla başlayirlar. Buxarda bişmiş düyü, balıq ilə soya sosu, qıcqırdılmış fasulya əzməsindən hazırlanmış miso şorbası yapon səhərlərinin vazkeçilməzidir.





6.Süd şorbalı Kolombiya səhəri. "Changua", yəni yumurtalı süd şorbası Kolombiya səhərlərinin ayrılmaz parçasıdır.





7.Tortillalı Meksika səhəri. Tortillasız bir Meksika səhəri düşünülə bilməz.Tortilla pendir və fasulyə Meksika səhər yemək menyusunu təşkil edir.

Yumurtanın salçailə birlikdə tortillanın üzərində servis etməklə hazırlanan huevos rancheros isə səhər menyusunun bəzəyidir demək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!