Hər gün bu qidalardan yeməlisiniz

Hər gün bu qidalardan yeməlisiniz
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 38
Həm xəstəliklərdən qorunmaq, həm də gün ərzində enerjili olmaq üçün hər gün aşağıda sadalanan qidalardan yemək lazımdır.



Qadınlar.biz təqdim edir.



1. Kalsiyum-Gündə 1000 mq

Faydası: Sümük sağlığı üçün vacibdir.

Qidalar: Süd məhsulları, sümüklü balıqlar, tünd rəngli yaşıl bitkilər.



2. Lif-Gündə 25 qr

Faydası: Xroniki ürək xəstəliklərinə və diabet xəstəliyinə qarşı qorunursunuz. Həmçinin az kalori ilə uzun müddət tox qala bilərsiz.

Qidalar: Meyvə-tərəvəz, fındıq, küncüt, işlənməmiş taxıllar, paxlalılar.



3. Magnezyum-Gündə 310 - 320 mq

Faydası: Əzələ və sinir sistemlərini gücləndirir, sümükləri sağlamlaşdırır.

Qidalar: Qabıqlı ləpələr (qoz,fındıq, şabalıd, fıstıq və s.) bütün növ balıqlar.



4. Potasyum-Gündə 4700 mq

Faydası: Qan təzyiqini normal saxlayır, duzun təsirini azaldaraq böyrək daşlarının qarşısını alır, sümükləri gücləndirir.

Qidalar: Kartof, pomidor tomatı və püresi, qatıq, lobya, banan.



5. A vitamini-gündə 2310 mq

Faydası: Qan hüceyrələrinin yaranmasına kömək edir, uşaqların inkişafına təsir göstərir, görməni gücləndirir.

Qidalar: Orqan ətləri (qaraciyər, ağciyər, böyrək və s.) , narıncı tərəvəzlər, yaşıl yarpaqlı tərəvəzlər.



6. C vitamin-Gündə 75 mq

Faydası: Antioksidantdır, immunitet sistemini gücləndirir.

Qidalar: Portağal,qreyfrut və kivi başda olmaqla subtropik meyvələr, tərəvəzlər-xüsusilə yaşıl və qırmızı bibər.



7. E vitamini-Gündə 15 mq

Faydası: Antioksidantdır, gözlər üçün xüsusilə çox vacibdir, dərinizi günəşin zərərli şüalarından qoruyur.

Qidalar: Taxıllar, bəzi bitki yağları, badam və fıstıq, günəbaxan tumu, ispanaq, sarımsaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!