Aldığımız yumurtanın təzə olduğunu necə bilmək olar?

Aldığımız yumurtanın təzə olduğunu necə bilmək olar?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 49
Mətbəximizdə tez-tez istifadə etdiyimiz yumurta, digər yeməklər kimi pozulduqda kiflənmir, ya da rəng dəyişdirərək, solmaz.

 

Bəs biz aldığımız yumurtanın özü də köhnəldiyini necə anlayacağıq, deyirsinizsə üsul çox asandır. İçi su ilə dolu stəkanın içinə yumurtanı qoyun, yumurtanın stəkanda aldığı şəklə görə yumurtanın təzə və ya köhnə olduğunu; Hətta neçə günlük yumurta olduğunu da anlaya bilərsiniz.

 

Təzə yumurta suya qoysanız dibə çökən zaman, dik dayanmağa çalışan yumurta hələ təzədir,istifadə etmək olar deməkdir.Köhnə yumurta isə suyun səthinə doğru çıxaraq artıq tullanma vaxtının gəldiyini sizə bildirir. Həmçinin yumurta sındırdığınız zaman təzə olan yumurtada sarısı ilə ağı bir-birinə qarışmaz.

Evimizdə bunlara rahat nəzarət edə bilərik.Bəs,çöldə  səh yeməyi yeyərkən qaynanmış yumurtanın təzə və ya köhnə olduğunu hardan bilə bilərik.

Bişmiş yumurta əgər təzədirsə  qabıqlarının ağır soyulduğunu hiss edəcəksiniz. Yumurta sarısı tam mərkəzdədir, ağ hissə isə normal rəngdə və elastikdir.

 

Boyat olan yumurtada isə sarı hissənin qabığa yanaşdığını sakitcə müşahidə edə bilərsiniz.



Bəs aldığımız yumurtanın neçə günlük olduğunu necə anlayacağıq deyirsinizsə, su dolu stəkanın içinə qoyduğunuz yumurtanı yaxşıca müşahidə edin.

 

1-3 günlük yumurta: Suyun tamamilə içinə batmış vəziyyətdədir, bu da bizə yumurtanın təzə olduğunu göstərir.

 

4-6 günlük yumurta: İti olan qism suyun dibində arxa hissəsi çox az yuxarı doğru qalxmağa başlayır.

 

7-9 günlük yumurta: İti olan qism suyun dibindən çox az qalxmağa başlayarkən, yumurtanın arxa hissəsi yuxarıya doğru qalxmış bir şəkildədir.

 

10-12 günlük yumurta: İti olan hissə stəkanın dibində dik şəkildə durur,yumurtanın arxa hissəsi tamamilə yuxarıya qalxmışdır.

 

13-15 günlük yumurta: İti hissə altda, arxa qismi yuxarıda olan yumurta dik şəkildə suyun dibindən yuxarıya doğru çıxır.

 

16-18 günlük yumurta: İti qismi stəkanın alt tərəfində, arxa hissə üst tərəfdə olan yumurta dik bir şəkildə suyun üstünə çıxmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!