Kolbasanın tarixi

Kolbasanın tarixi
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 26
Sosiska və kolbasa istehsalının uzun, təxminən iki min illik tarixi vardır. Keçmişdə müasir dövrdə olduğu qədər cürbəcür forma və növlər olmasa da, istehsalın ümumi cizgiləri məhz o zaman meydana gəlməyə başladı. Ötən yüz illiklər ərzində kolbasalar və sosiskalar müasir insanın menyusunun zəruri hissəsinə çevrilib. Kolbasaya oxşayan yemək haqqında ilk məlumat «The Orya» və ya «The Sausage» qədim yunan pyesində verilib. Bu pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə tez-tez yunan yazılarında rast gəlinir. Katolisizmin çiçəkləndiyi dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə çevrildi. Bayramlarda ondan çox istifadə edirdilər.



Müasir «kolbasa» (sausage) sözü «salsus» latın sözündən əmələ gəlib, duzlu deməkdir. Çox güman ki, keçmiş vaxtlarda bu terminin daha geniş mənası olub və bizim təsəvvürümüzdə olduğu kimi yalnız sosiska və kolbasanı deyil, bütün duzlu və ya sadəcə konservləşdirilmiş əti bildirirdi. O vaxtlarda əti soyuqda saxlamaq mümkün deyildi və kolbasa istehsalı (bişmiş və hisə verilmiş) onu saxlamaq üçün yaxşı üsul idi.



Əsrlər keçdikcə insanlar kolbasa istehsalı prosesini daha da təkmilləşdirdilər. Belə ki, coğrafi mövqedən asılı olaraq dünyanın müxtəlif yerlərində bu və ya digər iqlimə uyğun olan kolbasaların müxtəlif reseptləri meydana gəldi. Şimali Avropanın soyuq rayonları üçün çiy kolbasalar daha uyğundur, çünki çiy ət xüsusi dondurma olmadan uzun müddət qala bilir. İsti aylarda əti saxlamaq üçün hisə vermək üsulundan istifadə olunurdu. Çox güman ki, çiy hisə verilən kolbasalar məhz bu cür meydana gəlib. Daha dəqiq məlumat hələ ki yoxdur.



Avropanın cənub rayonlarında, o cümlədən Asiyada quru kolbasa (dry sausage) hazırlamaq daha məqsədəuyğun idi: bu halda kolbasa əlavə emalsız gündə qurudulurdu. Bu cür bişirmə üsuluna sucuq və bastırmanı misal göstərmək olar. Ehtimal olunur ki, Asiya çöllərindən köçərilər sucuğu yəhərin altında çantalarda saxlayırdılar. Kolbasa istehsalının son mərhələsi məhz orada həyata keçirilirdi: qurudulandan sonra o spesifik forma alırdı. Bu gün yastı forma sadəcə ənənə xarakteri daşıyır.



Vaxt keçdikcə bu və ya digər şəhərdə yaşayan insanlar öz reseptlərini icad etməyə və hazır məhsula gözəl səslənən və yadda qalan adlar verməyə başladılar. Beləliklə də Vyana, italiya, ingilis, kamberlend kolbasaları meydana gəldi. Və yalnız Bavariyanın Qasseldorf adlanan ərazisində sakinlər öz həmyerliləri Yoxan Qeorq Lanera abidə qoyublar. Hesab olunur ki, sosiskanı məhz o icad edib. İki metrə yaxın hündürlüyü olan abidə Lanerin 225 illiyi münasibətilə Qasseldorfun 500 sakininin vəsaiti hesabına ucaldılıb. Monumentə sosiskanın tarixi təsvir olunmuş bürünc lövhə vurulub. 1804-cü ildə Yoxan Qeorq Laner qəssab sənətini öyrəndiyi Frankfurtdan Vyana köçüb və orada dükan açıb. Bir il sonra Laner özünün ixtirasını – sosiskanı alıcılara təqdim edib. Onu «Frankfurt» və ya «Vyana» sosiskası adlandırdılar.



Belə çıxır ki, hamıya yaxşı tanış olan sosiska və loğman kolbasası əslində qədim tarixə malikdir və onların bir çox ölkələdə adlı-sanlı qohumları var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!