Qatığın xeyirləri

Qatığın xeyirləri
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 51
İdeal çəkidə qalmaq istəyənlərin ən yaxşı köməkçisi qatıqdır. Türkiyənin tanınmış diyetoloqlarından Nilay Keçəçi yay aylarında kökəlməmək üçün bol miqdarda qatıq yeməyi məsləhət görüb.

Diyetoloq bildirir ki, qatığı müxtəlif vasitələrlə dadlandırıb hər gün yemək olar:

"Qatıq yeməkdən bezdiyinizi bəhanə gətirərək bu faydalı qidadan uzaq durmayın. Qatığı həm sadə yemək olar, həm də içərisinə müxtəlif meyvələr və ya darçın, zəncəfil əlavə edərək dadlandırmaq olar. Qatıq əsl möcüzədir. O, həzm sisteminə yaxşı təsir edir. Qatığa bir az su əlavə edib ayran kimi içdikdə təzyiqi nizamlayır. İçərisinə xiyar, şüyüd doğrayıb doğramac kimi yedikdə susuzluğu aradan qaldırır, toxluq hissi verir”.

Nilay Keçəçi bildirir ki, qatıq eyni zamanda zülal qaynağıdır. Xüsusilə, yay aylarında idmandan sonra yedikdə əzələləri gücləndirir, yağların parçalanmasını təmin edir. Qatıq sinir sistemi və immunitet sistemi üçün də əvəzedilməz qidadır.

Diyetoloq qatığın şəkər xəstələri üçün əsl şəfa mənbəyi olduğunu vurğulayıb:
"Qatıq şəkər xəstələri üçün çox əhəmiyyətli bir qidadır. Belə ki, qandakı şəkəri nizamlayır. Toksinlərin atılmasına kömək edir. Qəbizliyə yaxşı təsir göstərir. Üstəlik, qarın bölgəsindəki yağların əriməsini sürətləndirir”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!