Dondurma yemek adamı kökəldir?

Dondurma yemek adamı kökəldir?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 52
Yayın ən dadlı və sevilən qidalarından olan dondurma həm də bizi sərinlədən təamlardan biridir. İnsan sağlamlığı üçün də faydalı olan dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə yanaşı A, D, E, C və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir ve sink kimi minerallar var. Dondurmanın yalnız isti havalarda deyil, müntəzəm istifadəsi uşaqların vitamin çatışmazlığını da aradan qaldıra bilər.

Məlumdur ki, hər bir dondurmanın özünəxas kalorisi var. Məsələn, karamelli dondurma 265, çiyələkli 180, bananlı 225, şokoladlı 220, limonlu 160, qarışıq 200-250, sadə dondurmalarda kalori miqdarı 150-200 arasında dəyişir. Təbii ki, sadə dondurma üzərinə şokolad sousu, ya yerfındığı qatıb yesək, tərkibindəki yağ turşularının miqdarı artacaq, eyni zamanda daha çox kalori qazandırmış olacaq.

 Gün ərzində iki porsdan çox dondurma yemək olmaz. Pəhriz saxlayan xanımlara da əsasən "light” dondurma yemək tövsiyə edilir. Gündə bir, ya iki dəfə yeyilməsi məsləhətdir. Dondurma yeyərək pəhriz saxlayan xanımlar qida menyusundan düyünü, çörəyi çıxarmalıdır. Bir gün ərzində 1 qab dondurma yeyirsizsə, şirniyyatdan uzaq durun. Bir qab dondurma 1 dilim çörək+1 stəkan süd +1 ədəd meyvə kalorisinə bərabərdir.

 Tərkibində 28 qram karbohidrat, 13 qram zülal və 14 qram yağ olan dondurma süd məhsulu olduğundan eyni zamanda bol kalsiumla zəngindir və bu baxımdan faydalı sayılır. Zərərləri ondan ibarətdir ki, dondurma yedikdən sonra susuzluq hiss etdiyimizdən ya çay, ya da su içirik. Dondurmadan sonra isti, ya soyuq fərq etməz, nəsə içmək mədəyə problem yaradır.



Dondurma yeyərkən kökəlməmək üçün bunlara diqqət etməlisiz:

- Həftədə 2 porsdan çox dondurma yeməyin



- Dondurmanı tox qarına yeməyin



- Təmiz süddən hazırlanmış dondurmanı ayran, qatıq, süd kimi ara qəlyanaltılarının əvəzinə yeyə bilərsiz



- Dondurma yeyəndən sonra üzərində soyuq su içməyin



- Boğazın həssalığını qorumaq üçün dondurma yedikdən sonra 1 fincan ilıq su içə bilərsizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!