Meyvələrə qarşı allergiyası olanlar oxusun

Meyvələrə qarşı allergiyası olanlar oxusun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 77
"Şaftalının tükləri ətimi ürpəşdirir", "çiyələk yeyəndən sonra qaşınmam başlayır", - deyirsizsə, bu şikayətlərinizin səbəbi qida allergiyası ola bilər.



 Daha çox yaz meyvələri və tərəvəzlərinin səbəb olduğu ağız allergiyası sağlamlıq probleminə səbəb ola bilər.



Ağız allergiyası qida allergiya sindromu, burun axıntısı olan xəstələrdə bəzi meyvə və tərəvəzlərə qarşı ağızda allergiyanın olması halıdır. Ağcaqayın ağacı, ya da tozcuqlara qarşı allergiyası olanların yüzdə 40%-də tapılıb.



Əsasən tozcuq mövsümündə daha da irəliləyir

Ağız allergiyası zamanı dodaqlarda, ağızda, boğazda yanma, qaşıntı, gözlərdə sulanma və qaşıntı, asqırıq, burun axıntısı kimi əlamətlər olur. Ağır vəziyyətlərdə səpgi formalaşa bilər. Çox nadir hallarda qusma, ishal, astma əlamətləri, hətta şok ortaya çıxa bilər.



Bəzi xəstələrdə, hətta meyvəni soymaq, ona toxunmaq qaşıntıya, şişməyə səbəb olur.



Daha çox çiy qidalar ağız allergiyasına səbəb olur. Çünki qidalar bişirildiyində onlarda allergiyaya səbəb ola biləcək proteinlər təsirini itirir. Fındıq isə bişirilsə belə, yenə allergik təsirini itirmir.



Hansı qidalar allergiya verir?

Ağcaqayına allergiyası olanlarda kivi, alma, armud, şaftalı, nektarin, ərik, gilas, kərəvəz, kök, cəfəri, kartof, pomidor, bibər, mərci, lobya, keşniş, razyana, fındıq, fıstıq, badam və tuma qarşı da allergiya olur. Çəmən tozcuqlarına qarşı allergiyası olanlara yemiş, qarpız, kivi, portağal, pomidor da şikayətlərə səbəb ola bilər. Yovşan otu allergiyasında kərəvəz, kök, yemiş, qarpız, alma ilə təmasda olarkən allergiya sindromu formalaşa bilər.



Müalicəsi mümkündürmü?

İlk əvvəl insanın həmin qidadan istifadə edərkən allergik əlamətlərin olub olmaması müəyyən edilir. Dəri testləri və qan analizi aparılır. Bu allergiyanı tamamilə ortadan qaldıracaq bir müalicə olmadığından problem yaradan həmin qidadan çiy istifadə etməmək, bişmiş olaraq yemək lazımdır. Bəzi meyvələrin qabığının soyulması da yardım edə bilər. Şaftalının qabığında allergiya miqdarı daha çox olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!