Yay üçün buz qəliblərindən maraqlı sərinləşdiricilər - fotolar

Yay üçün buz qəliblərindən maraqlı sərinləşdiricilər - fotolar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 23
Yay gələn kimi hamımız sərinləşməyin yollarını axtarırıq.



Çoxları dondurucuya buz qəliblərinə sadəcə su qoymaqla kifayətlənir. Halbuki buz qəliblərinə su ilə birlikdə meyvə qoyduqda daha effektli olur. Limonad kimi içkilər üçün ətirli buz reseptlərini təqdim edirik.



Buz qəliblərinə xırda doğranmış meyvə ilə suyu tökün və dondurun.



Soyuyan qəhvəni atmaq yerinə buz qəliblərində dondurun. Üzərinə soyuq süd əlavə edərək soyuq qəhvə hazırlayın.



Hindqozu və meyvə pürelərini donduraraq limonadlar üçün əyləncəli buz qəlibləri əldə edə bilərsiniz.



Fıstıq əzməsi, şokolad və balı qarışdıraraq ləziz şokoladlı buz qəlibləri hazırlayın. Onları soyuq südə əlavə etdikdə çox dadlı olur.



Yoqurtun qalan hissəsini dondurmaq olar. Bu qəlibləri limonadın içinə atdıqda çox maraqlı dadı olur.



Bir az şokolad və üzərinə bir çiyələk qoyaraq ləziz desertlər hazırlaya bilərsiniz.



Zeytun yağı ilə təzə otları birlikdə donduraraq yeməklərdə istifadə edə bilərsiniz. Bitkinin tərkibindəki maddələr yağa keçdiyi üçün həm dadlı olur, həm də daha faydalı olur.



Siyahıda olmayan sevdiyiniz meyvələrdən də fantaziyanıza uyğun olan ətirli buz qəlibləri hazırlaya bilərsiniz.




 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!