Sahurda çay içənlər-diqqət!

Sahurda çay içənlər-diqqət!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 10
Xüsusilə, sahurda maye ehtiyacını aradan qaldırmaq üçün bol miqdarda içilən çay bədəni susuz buraxa bilər.



Erciyes Universiteti Tibb Fakültəsi Kardiyoloji Fundamental elm sahəsi rəhbəri Prof. Dr. Əbdürrəhman Oğuzhan çayın sidik sökdürücü təsiri olduğunu ifadə edərək, xüsusilə sahurda maye ehtiyacını aradan qaldırmaq üçün bol miqdarda içilən çayın bədəni susuz buraxa biləcəyini bildirdi.



Oğuzhan etdiyi şərhdə ramazan ayında iftardan sonra istənildiyi qədər çay içilə biləcəyini, ancaq sahurda bunu məhdudlaşdırmaq lazım olduğunu ifadə etdi.



Bir çox ailədə geniş şəkildə iftarda və sahurda yeməklə birlikdə çay istehlak edildiyini ifadə edən Oğuzhan bunları izah etdi:



Çayın sidik sökdürücü təsiri var. Xüsusilə, sahurda maye ehtiyacını aradan qaldırmaq üçün bol miqdarda içilən çay bədəni susuz buraxa bilər. Bu səbəblə sahurda çay yerinə su seçilməlidir. Bədəninizə su yığmaq istəyərkən su itkisiylə qarşılaşa bilərsiniz.



Bunun yanında iftar, ya da sahurda da yeməklə birlikdə çay içilməməlidir. Yeməklə birlikdə çay içilməsi həm yetkinlərdə, həm də uşaqlarda dəmir əmilməsinə təsir edə bilir. Dəmir qan istehsalında əhəmiyyətli bir mineraldır. Bu səbəblə çayın da iftarda yeməklə birlikdə deyil, ən az yeməkdən 45 dəqiqə sonra içilməsini tövsiyə edirik.



İftar və sahur arasında da bol maye istehlak edilməsi lazım olduğunu vurğulayan Oğuzhan yağ tərkibi az olan ayran, su, ürək və təzyiq narahatlığı yoxsa mineral su, az şəkərli kompot istifadə edilə biləcəyini, hazır meyvə suları yerinə də təzə sıxılmış meyvə sularının seçilməsi lazım olduğunu qeyd etdi.





Xəmir bişintiləri deyil, yumurta tox tutur.



İftarda orucun bir stəkan su ilə açılmasının ardından şorba və salat yeyilməsini təklif edən Oğuzhan belə davam etdi:



"10-15 dəqiqəlik sonra ana yeməklərə keçilməsində fayda var. Təbii ki, 16-17 saat aclıq və susuzluq var burda".



Bu səbəblə mütləq sahura qalxılmalıdır. Sahurda da xəmir işlərinin tox tutacağına inanılır, ancaq bu səhvdir. Həddindən artıq karbonhidratla bəsləndiyimizdə ilk mərhələdə bir doygunluq hissi olur, amma sonrasında tez bir acma meydana gəlir. Təbii ki, tort, xəmir işi yeyək, amma yanında zülal da olsun. Bizi tox tutacaq olan zülaldır. Yeməyimiz unlu məmulatları qatıq, az yağlı süd, ölçülü miqdarda yumurta ilə birlikdə olmalıdır" deyə danışdı.





İftar zamanını əlində siqaret və alışqanla gözləyənlər var.



Prof. Dr. Oğuzhan siqaret çəkmənin yalnız ürək xəstəliyinin deyil, bir çox xərçəng növünün səbəbi olduğunu ifadə etdi.



Oğuzhan bir çox siqaret "narkomanının" iftar vaxtını əlində siqaret və alışqanla gözlədiyinə diqqət çəkərək bunları qeyd etdi:



''Bu son dərəcə risklidir. Sanki bir bombanın fitilinin odlanılması kimi bir şeydir. Çünki maddələr mübadiləsi həssas, aclıq vəziyyəti vardır, tarazlıqlar dəyişmiş, bədən sanki partlamağa hazır bir bomba kimidir. Siz də bu bombanın fitilini odlayırsınız. Bu ani ürək böhranlarına səbəb ola bilər. Bu səbəbdən vərdişkarlara siqareti mütləq buraxmalarını təklif edirik, amma buraxa bilmirlərsə də, oruclarını siqaretlə açmasınlar.''



Türkiyə TRT1 ekranlarında efirə gedən "Ramazan Sevinci" proqramının qonağı ürək və damar Cərrahı Xalid Yerebakan idi.Yerebakan Ramazanın ən çox soruşulan sualına açıqlıq gətirdi.



"Çay suyun yerini verməz" deyən Yerebakan sözlərini belə davam etdirdi;



"Bu mövzuda məlumat müxtəlifliyi də çox olur, hər kəs bir şey söyləyir, amma ədəbiyyat oxuyan yoxdur. Çayın içərisindəki bir maddə sidik sökdürücü xüsusiyyətə sahibdir və siz çay içsəniz, bədəninizin daha çox su itirməsinə səbəb olarsınız. Mən də deyirəm ki, belə bir şey mümkün deyil".



Siz nə qədər miqdarda olan çaydan bəhs edirsiniz? Bununla əlaqədar kitabları araşdırdım. Şimal ölkələrindən olmasına baxmayaraq Norveçdə bir araşdırma etmişlər. Araşdırmaya görə 1-2 saat içərisində 14 stəkan çay içməniz lazımdır ki, çay sidik sökdürücü hala gəlsin və bədəninizdən su itirmə qabiliyyətinə sahib olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!