Çay necə dəmlənir?

Çay necə dəmlənir?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
Bir balaca hərarət basanda, canımız ağrayanda, ya da yorulub haldan düşəndə ağlımıza ilk gələn "xilas” yaxşı dəmlənmiş bir çaydır. Lap elə xəstə deyilik, maşallah, dağı bir nəfəsə qalxarıq, nelə qalxıq dağın döşünə çatan kimi bir çay yerinə düşər. Bir dostumuzla bizi bir süfrə arxasına dəvət edən də çaydır. İki secgi dünyasını bir sevgi nəcrasına yönlətməyin ilk addımı da bir şirinçaydan başlayır. İki ixtiyar qocanın ixtiyar simvollarından ən fəxarətlisi yenə də çay..çay, çay.

İnsanlar, qadınlar və ya kişilər olsun, fərqi yoxdur, may dəmləməkdən heç usanmaz..Onun daha ətirli və rəngli olması üçün canidildən səy edərlər. Bəs çayı dəmləmək necə olur, dəmliyə 1-2 çay qaşığı çay atıb, sobanın üstünə qoymaqla iş bitirmi, əlbəttə, yox. Bəs məxməri, mərcanı, xoruz pipiyi kimi qıpqırmızı çayı necə dəmləməli?

Elə isə öyrənin və bildiklərinizi paylaşın, biz də öyrənək.



1. Dəmliyə stəkan üçün bir çay qaşığı çay tökün.

Çayınızın təzə qalmasını və yaxşı dəmlənməsini istəyirsinizsə, farfor dəmlikdən istifadə edin.

2. Çayı yuyun. Bunun üçün dəmlikdəki çayın üstünə çox az miqdarda ilıq, ya da soyuq su tökərək dəmliyi çalxalayın və suyunu süzün. Bu əməliyyat çayı nəmləndirərək, bişməsini və ətrinin daha aydın hiss olunmasını təmin edər.

3. Çaydana su tökün və suyu qaynadın. Dəmliyi çaydanın üzərinə yerləşdirərək qazı münasib atəşdə alovlandırın. Dəmlik də çaydanın üzərində dəm almalıdır.

4. Arzu etsəniz, dəmliyə bir neçə parça qərənfil ataraq, çayınızı ləzzətini daha fərqli hala gətirə bilərsiniz.

Dəmliyə 1 ədəd şəkər əlavə etsəniz, çayınızı rəngi daha gözəl olur.

5. Batıq atəşdə dəm çayınız 10-15 dəqiqə dəmlənməsini gözləyin. Batıq atəşdə dəmlənən çay, daha ləzzətli olacaq.

6. Çayın sakitləşməsini gözləyin

Dəmliyin qapağını açaraq, çayın dibinə çöküb- çökmədiyinə baxın. Çay suyun səthində dayanırsa, dəmini almamış deməkdir. Daha bir neçə dəqiqə səbr etməniz az sonra içəcəyiniz çayın ləzzətni bir qədər də artıracaq. .

Ən gözəl xatirələr, ən gözəl söhbətlər belə çayla deyilsə, sanki hər şey əskikdir: canınıza yatmayacaq. Çay canınıza yatacaqsa, hə, bax, bunun yeri var..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!