Ən çox çəki artıran qidalar hansılardır?

Ən çox çəki artıran qidalar hansılardır?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 76
Çox insan çəki azaltmağa çalışarkən, sizin də dərdiniz çəki artırmaqdırmı? Ən çox çəki artıran yeməklər hansılardır? Xəbərimizdə qısa müddətdə kökəlmənizi təmin edəcək kalorisi yüksək qidalara yer verdik. Sağlam çəki artırmaq üçün yeməniz lazım olan qidalar bunlardır.



Pendir

Pendir zülal və kalsium anbarıdır, sümük əriməsinin qarşısını alır, yaraları yaxşılaşdırIr, böyümə çağındakı uşaqların boylarını uzadır.

Pendirin bir faydası kökəlmək  istəyənlərə sürətlə kilo aldırmasıdır. 100 qram pendir sizə 300-400 kalori qazandırır.



Somon balığı

Balıq yeməyi sevirsinizsə, şanslısınız!

Həftədə 2-3 dəfə somon balığı və ya digər balıqlardan yeyərək həm kilo ala bilər, həm də zülal ehtiyacınızı qarşılaya bilərsiniz.



Fıstıq əzməsi

Fıstık və qoz-fındıq əzməsi yüksək kalorili qidalar arasındadır.

100 qram fıstıq əzməsindəki kalori miqdarı 650 kaloridir.

Bu miqdar digər yeməklərin kaloriləriylə müqayisədə olduqca yüksək bir rəqəmdir.



Yumurta

A, D və E vitamini baxımından zəngin olan yumurta xolestrolunuzu yüksəldər,

1 ədəd yumurta 78 kaloridir gündəlik zülal ehtiyacınızın böyük bir qisimini qarşılayır.



Kərə yağı

Çəki aldıran qidalar deyilincə heç şübhəsiz ağla ilk gələnlərdən biri də kərə yağıdır.

100 qram kərə yağı 720 kaloridir. Çörəyə balla sürüb yeyərək, kalori miqdarını artıra bilərsiniz.



Xəmir işləri

Keks, peçenye, pendirli böyrəklər, kilo almaq istəyirsinizsə, bir müddət bu yeməklərlə qidalanmağa  davam edin. 100 qram xəmir işi qidanın kalorisi ortalama 400-500 arasında dəyişir.



Meyvə suları

Meyvə və tərəvəz suları həm sağlamdır, həm də təbii şəkər nisbəti yüksək qidalardır.

1 stəkan meyvə suyunun kalorisi 100-200 arası dəyişir.



Makaron

Makaron karbohidrat ehtiyacınızı qarşılayan kalori baxımından da zəngin qidalar arasında yer alır.

100 qram makaronda 200 kalori  vardır. Üzərinə pendir dilimləyib yesəniz,  aldığınız kalorini artıra və çəki artımını tezləşdirə bilərsiniz.



Qurudulmuş meyvələr

Qurudulmuş meyvələr qida dəyəri yüksək, kalorisi bol olan çərəzlərdi.

Qarışıq quru meyvənin  kalori miqdarı 280-dir.



Tam buğda çörəyi

100 qram tam buğda çörəyi 212 kaloridir.



Yulaf əzməsi

Bir kasa südlü, çiyələk parçalı yulaf əzməsi möcüzə bir nahar nümunəsidir.

100 qram yulaf əzməsi 370 kaloridir.



Sağlam yağlar

Zeytun yağı, günəbaxan yağı kimi sağlam yağlar həm kalorisi yüksək, həm də bəsləyici qidalardır.

Yeməklərinizi bunlarla edərək daha yüksək kalori əldə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!