Rənginə bax, faydasını bil

Rənginə bax, faydasını bil
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 15
"101 Optimal life foods" adlı kitabın müəllifi Devid Qrotto iddia
edir ki, rənglərinə baxaraq tərəvəz və meyvələrin hansı faydalı
xüsusiyyətlər daşıdığını müəyyənləşdirmək olar. Onun sözlərinə görə,
tərəvəz və meyvələrə rəng verən fitokimyəvi maddələrdir. Onlar müxtəlif
komponentlər təşkil edərək hər meyvəyə fərqli rəng və fərqli dad
xüsusiyyətlər bəxş edirlər.
 



 
Devid Qrotto bildirir ki, sağlam olmaq istəyən insan gündəlik menyusuna hər rəngdən bir meyvə və tərəvəz əlavə etməlidir.
 

 
Bəs hansı rəng meyvə və tərəvəz hansı faydalı xüsusiyyətlərə sahibdir?
 
 
Devid Qrottonun kitabında aşağıdakı məlumatlar yer alıb:
 



 
Yaşıl rəng
 
Yaşıl rəngli meyvə və tərəvəzlər xərçəngə qarşı qoruma funksiyası
daşıyan fitokimyəvi maddələr ehtiva edirlər. Onların tərkibindəki
"isotiyosiyanat", "lutein" və "zeaksantin" adlı antioksidantlar
orqanizmi bir çox xəstəliklərdən mühafizə etməyə qadirdirlər.
 



 
Sarı rəng
 
Sarı rəngli qidalar C vitamini anbarıdır. Belə qidalar yaraların
tez sağalmasını təmin edir. Dəri xəstəliklərinə qarşı yaxşı təsir
göstərir.
 



 
Narıncı rəng
 
Narıncı rəngli meyvə və tərəvəzlər beta-karotin maddəsi ilə
zəngin olurlar. Belə qidalar immunitet sistemini gücləndirirlər. Ağız
boşluğunun sağlamlığı üçün də belə qidalar çox önəmlidir.
 



 
Qırmızı rəng
 
Qırmızı rəngli qidalarda xərçəngə qarşı təsirli olan likopen və
DNT-nin zərər görməsinin qarşısını alan "ellagic" turşusu olur. Qırmızı
qidalar həmçinin, "flavonoid" adlandırılan antioksidantlarla da
zəngindirlər. Çiyələk və albalının tərkibində daha çox olan bu
antioksidantlar hüceyrələri qoruyur, onların yaşlanmasının qarşısını
alır.
 



 
Göy və bənövşəyi rəng
 
Üzümün bəzi növləri, göyəm, qara kələm, badımcan bu kateqoriyadan
olan qidalardır. Ümumiyyətlə, göy və bənövşəyi rəngli bütün qidalar
antosiyanin adlı rəng piqmenti ehtiva edirlər. Antosiyanin hüceyrələrin
yaşlanmasının qarşısını alır, insanın gənc qalmasını təmin edir.
Üstəlik, orqanizmi xərçəngdən də mühafizə edir.
 



 
Ağ rəng
 
Soğan, sarımsaq, gül kələm kimi ağ rəngli qidalar "alisin" və
"kuersetin" adlı kimyəvi birləşmələr ehtiva edirlər. Bunların hər ikisi
ürək xəstəliklərinə yaxalanmaq riskini azaldır. İmmuniteti
möhkəmləndirir və xərçəngə yaxalanmaq riskini azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!