Ağız qoxusu yaradan yeməklər

Ağız qoxusu yaradan yeməklər
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 21
Ağız qoxusu yaradan yeməklər

 

Ağız qoxusu, pis nəfəs qoxusu əksər yediyimiz yeməklərlə
əlaqədardır. Yediyimiz çiy soğan və sarımsaq şiddətli və pis bir ağız
qoxusuna səbəb olur. Bundan əlavə diş əti qanaması da ciddi bir ağız
qoxusu xəbərçisidir. Diş ətləriniz qanayırsa və siz fərqində
deyilsinizsə, bu zaman ağız qoxusu problemi yaşayarsınız. Ağız içində
diş ətləri, dil və damaq quruduğu zaman bakteriyalar törəyir. Törəyən
bakteriyalar da yenə şiddətli qoxuya səbəb olmaqdadır. Beləcə ağızdan
ətrafa digər insanları narahat edəcək pis bir nəfəs qoxusu dağılır.

 

Şəkər, ədviyyatlar, yumurta, süd və pendir ağız qoxusuna səbəb olur.

 

Soğan, sarımsaq, yağlı hazır paket qidalar, cipslər pis nəfəs qoxusuna səbəb olur.

 

Pəhriz tutarkən folik turşu, B vitamini, C vitamini, zülal və kalsiumun az alınması ağız qoxusu yaradır.

 

Tünd qara çay, qəhvə və kola kimi kafeinli içkilər su itkisinə
səbəb olduğu üçün ağız quruluğu səbəbindən də pis bir nəfəs qoxusu əmələ
gəlir. Ağız quruması və tüpürcək ifraz oluna bilməməsi nəfəsin
təzələnməsinə gətirib çıxarır.

 

Qırmızı ət bədəndən 48 saatda həzm olunur. Müddət olduqca uzundu
elə deyilmi? Bu qədər uzun müddət bədəndə qalan qırmızı ət ciddi bir
nəfəs qoxusuna səbəb olur. Qoxu çox narahat edicidir. Kolbasa, sosiska,
 basdırma, bud, hisə verilmiş ət də bədəndən gec həzm oluinduğu üçün
ciddi bir ağız qoxusu yaradır.

 

Bütün bunları istehlak edirsinizsə, diş ətinizdə problem varsa,
dişlərinizdə çürük meydana gəlibdirsə və ağız gigiyenasına kifayət qədər
diqqət yetirmirsinizsə, ciddi bir ağız qoxusu problemi yaşayırsınız
deyə bilərik.

 

QEYD: Edilən araşdırmalara görə ətrafa pis nəfəs qoxusu yayan bir
çox adam ağız qoxusu problemi yaşadığını bilmir. Ya fərqində olmur, ya
da ətrafındakılar tərəfindən xəbərdar edilmir.

 

Ağız qoxusuna qarşı nə etməli?

Əvvəlcə, diş və diş ətlərinizdə sağlamlıq problemi olub olmadığını nəzarət edin. Bunun üçün diş həkiminizi ziyarət edin.

 

Ağız qoxusuna səbəb olan qidaların fərqində olun və buna görə tədbir görün.

 

Gün ərzində 3 dəfə dişlərinizi fırçalayın. Ət və ətdən hazılanan  yeməklər istehlak etdiyinizdə mütləq diş ipi istifadə edin.

 

Limonlu su ilə ağızı çalxalamaq ağız içini təmizləyər və nəfəsi təravətləndirər.

 

Karbonatlı su ilə qarqara etmək nəfəsi təravətləndirər.

 

Duzlu suyla qarqara etmək nəfəsi təmizləyər.

 

Limon, darçın, cəfəri, kök, pomidor, xiyar, alma, nanə və qatıq
ağız qoxusunu aradan qaldırmaq üçün son dərəcə faydalıdır. C vitaminin
tərəfindən zəngin meyvəli qatıq ağız qoxusu ilə mübarizə aparar və
nəfəsin gözəl qoxumasına köməkçi olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!