Meyvə salatının faydaları

Meyvə salatının faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 23
Sizi gənc saxlaya biləcək qidaların arasında ilk yerdə balıq durur.Hər növ balıq doymuşluq səviyyəsi aşağı yağla yüksək keyfiyyətdə və asanlıqla həzm olunan proteinlərin qaynağıdır.Balığı digər protein qaynaqlarından fərqləndirən əlamət içində olan yağ növü və yağ turşusu miqdarıdır.



Dəniz məhsulları qidalanma üçün çoxdur.Qısaca,balığın tərkibində yüksək miqdarda protein,vacib vitamin və minerallar vardır.Doymuş yağ və kalori miqdarı onlarda yüksək deyil.



Dəniz məhsulları əsas amin turşularının hamısını təqdim edən mükəmməl bir protein qaynağıdır.Dəniz məhsullarında olan protein asan həzm olunur,bunun üçün də hər yaşda olan üçün mükəmməl bir qidadır.



Dəniz məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam inkişaf və böyümə üçün lazım olan kalsium,magnezium,potansium,fosfor,kükürd,florin,selenium,yod kimi əsas maddələr onun tərkibində var.



Bir çox dəniz məhsullarındakı xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı xolesterin miqdarı ümumilikdə aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu miqdar yüksələ bilər.Lakin xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu miqdar yumurtadakından aşağıdı.



Dəniz məhsullarında çox az miqdarda yağ olur.Bunlar da «yaxşı yağlar»dır.Bu məhsullarda doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır.



Yeməklərinizdə qırmızı ət yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli azalda bilərsiz.Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər. Çünki meyvə salatına müxtəlif meyvələr əlavə edildiyi üçün orqanizmin vitamin və mineral çatışmazlığını ödəyir.



Bədənimiz gün ərzində bir çox vitamin və minerallara ehtiyac hiss edir. Əgər bir və ya iki meyvə növü ilə kifayətlənsək, bu vitamin çatışmazlığı ilə üzləşməyimizə səbəb olar.



Avropada insanlar meyvəni salat formasında yeməyi xoşlayırlar. Ancaq bizim ölkəmizdə demək olar ki, meyvə salatı sadəcə özəl günlərdə yeyilir.



Meyvə salatına əlavə edilən meyvələri də düzgün seçmək lazımdır. Elə etmək lazımdır ki, meyvə salatı müxtəlif vitamin qrupları ehtiva etsin. Xüsusilə də C, B, A vitaminləri ehtiva edilən meyvələr mütləq gün ərzində qəbul edilməlidir.



Meyvə salatlarına kivi, portağal, naringi, quru meyvələr, alma və armud əlavə etmək olar.



Sonda onu da qeyd edək ki, meyvə salatınını mövsum meyvələrindən hazırlamaq məsləhətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!