Qripə yoluxmamaq üçün bu qidaları yeyin!

Qripə yoluxmamaq üçün bu qidaları yeyin!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 29
Payız və qış aylarında qripəyoluxma halları artır, hər kəs soyuqdəymədən, öskürəkdən şikayət edir. Bu hallarla qarşılaşmamaq üçün immunitetinizi gücləndirməlisiniz.



Balıq

Mövsümi balıqlardan yeyin. Həftədə 2-3 dəfə balıq yeyərək sağlamlığınızı qoruya bilərsiniz. Balığın tərkibindəki Omega-3 yağ turşuları və fosfor, həmçinin vitamin və minerallar uşaqdan böyüyə hər kəs üçün faydalıdır. Balıq ana qarnındakı körpənin inkişafı, uşaqlıq dövründə beynin fəaliyyəti, yetkin və yaşlı insanlarda göz sağlamlığı, qara ciyər, ürək və damar sistemi üçün əvəzedilməz qidadır.



Balığı qızartmayın, buxarda və ya sobada bişirin.



Heyva

Qəbizliyin qarşısını alır. Öskürəyi kəsir. Tumlarını qaynadıb çayını içdikdə sinəni yumşaldır. Heyva çiçəyini bal ilə qarışdırıb məcun halında yedikdə baş ağrısını kəsir. Heyva qara ciyərə yaxşı təsir edir. Təzyiqi aşağı salır.



Payız depressiyasından qorunmaq üçün heyva yarpaqlarından hazırlanan çay içə bilərsiniz.



Turp

Turp ən yaxşı c vitamini mənbələrindən biridir. Yarpaqlarında isə A, K vitaminləri və fol turşusu var. Qanı, bağırsaqları təmizləyir, dərini gözəlləşdirir, saçların daha parlaq görünməyini təmin edir. Qəbizliyi aradan qaldırır, stresi azaldır.



Nar

Damarları və ürəyi qoruyur. Təzyiqi aşağı salır. 1 ədəd narda 10 stəkan yaşıl çaydan və ya 4 stəkan zoğal şirəsindən daha çox antioksidant var. Xərçəngə qarşı ən təsirli qidadır. İmmuniteti gücləndirərək bədənin xəstəliklərə qarşı müqavimətini artırır.



Alma

Alma ürək üçün yararlı "flavonoid” maddəsi ilə zəngindir. Soyuqdəymədən qoruyur. Almanı qabıqlı yemək lazımdır.



Balqabaq

Vitamin, mineral, liflə zəngin olan balqabaq həm sağlamlığı, həm də gözəlliyi qoruyur. Omeqa-3 yağ turşuları ehtiva edən nadir tərəvəzlərdən biridir. Tərkibindəki betakarotin adlı maddə sayəsində ağ ciyər, bağırsaq, sidik kisəsi, döş və dəri xərçənginə qarşı təsirlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!