Bədəni təmizləyib onu qışa hazırlayan detoks

Bədəni təmizləyib onu qışa hazırlayan detoks
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 27
Yayı yola salmışıqsa, deməli, bədəni qışa hazırlamağın əsl vaxtıdır.  Bunun ən yaxşı yollarından biri detoks etməkdir.



Zəncəfilli detoks

Tərkibi:

3 nazik dilim təzə zəncəfil

Bir ədəd yerkökü

Bir ədəd kiçik çuğundur

Yarım alma



Hazırlanması:

Yerkökü, çuğundur, zəncəfil və yarım almanı blenderdən keçirib yaxşıca qarışdırın. Çuğundur və yerkökü şirin olduğu üçün almanı turş seçmək olar. 155 kalori olan bu detoks orqanizmi xəstəliklərə qarşı müdafiə edir.



C vitaminli detoks

Tərkibi:

1 kivi

1 qreypfrut

1 portağal

Yarım çay qaşığı darçın



Hazırlanması:

Kivi, qreypfrut və portağalı blenderdən keçirib üstünə 4-5 çimdik darçın tökün və onları qarışdırıb özünüzə ləzzətli detoks hazırlayın. Bu, immunitet sisteminizi möhkəmləndirəcək, eyni zamanda bədəni ehtiyacı olduğu vitaminlərlə təmin edəcək.



Sarıköklü detoks

Tərkibi:

1 armud

1 alma

Yarım çay qaşığı sarıkök

 

Hazırlanması:

Bu detoks vitaminlər baxımından çox zəngindir. Sadəcə 192 kalori olan bu detoksu etsəniz, onun sayəsində özünüzü hər zamankından daha yaxşı hiss edəcəksiniz. Armud və almanı blenderdən keçirib, üstünə yarım çay qaşığı sarıkök əlavə edib yaxşıca qarışdırın. Bu meyvə suyuna A vitamini, B vitamin kompleksi, C və E vitaminləri daxildir. Sarıköklü detoks sümük güclənməsini təmin edir və qocalmanın qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!