İmmun sistemini gücləndirən möcüzəli qarışıq

İmmun sistemini gücləndirən möcüzəli qarışıq
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 39
İnsanın immun sistemi mükəmməl bir mexanizmdir.



İmmun sistemimiz bizi istənilən infeksiyadan, virusdan, mikrobdan, hətta xərçəngdən qoruya bilər. Hər gün insanın orqanizminə havadan, qidadan, sudan və s. müxtəlif mikroblar, viruslar və s. daxil olur və əksər hallarda bizim immun sistemimiz onları məhv edir və insan xəstələnmir. Hər gün insan orqanizmində xərçəng hüceyrələri əmələ gəlir və immun sistemimiz onları zərərsizləşdirir.



Lakin immun sistemin etibarlı fəaliyyəti üçün onu daim möhkəmləndirmək lazımdır. Bunun üçün müxtəlif vasitələr mövcuddur. Sizə immun sistemini gücləndirən qədim qarışığın reseptini təqdim edirik.



Tərkibi:

- kişmiş - 1/2 stəkan

- ərik qurusu - 1/2 stəkan

- qara qavalı qurusu - 1/2 stəkan

- xurma - 1/2 stəkan

- qoz - 1/2 stəkan

- limon - 2 dənə

- bal - 150 qr



Hazırlanması:

Quru meyvələri yaxşı yuyuruq. Xurmadan çəyirdəkləri çıxardırıq. Quru meyvələr, limonlar (qabıqlı), qoz  blenderdə əzilir, bal əlavə olunur və yaxşı qarışdırılır.



Qarışığı sərin qaranlıq yerdə 2 gün ərzində saxlayın. Daha sonra bu qarışığı gündə 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdə 30 dəqiqə əvvəl qəbul edin. Uşaqlar gündə 3 dəfə 1 çay qaşığı qəbul edə bilərlər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!