Qarın yağlarının 81 faizini yandırır

Qarın yağlarının 81 faizini yandırır
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 16
Qatıq, ayran, süzmə orqanizmdə asan həzm olunur və heç bir narahatlığa səbəb olmur. Bu da həmin məhsulların tərkibində olan süd zülalının parçalanmış vəziyyətdə olmasıyla əlaqədardır. Tutaq ki, qatığın tərkibində olan faydalı maddələrin 90 faizi orqanizmə sovrulursa, süddə olan xeyirli maddələrin çox hissəsi həzm olunmadan bağırsaqlara ötürülür. Ehtiva etdiyi faydalı bakteriyalar baxımından bir növ antibiotik rolu oynayan qatıq orqanizmin xeyli xəstəlikdən qorunmasına kömək edir.  Bu ağartı məhsulu arıqlamaq və ya çəkini sabit saxlamaq istəyənlərin ən yaxşı dostudur.



Soyuq havalarda insanlarda D vitamini çatışmazlığı öz təsirini göstərir. Qatıq isə bu problemin qarşısını alır. Aparılan tədqiqatlar göstərir ki, köklüklə D vitamini çatışmazlığı əlaqəlidir. Ona görə də, qatıqda olan D vitamininin köklüyə qarşı mübarizədə əhəmiyyətli yer tutduğunu deyə bilərik.



Qatıq yağ ərinməsi prosesini sürətləndirsə də, əzələ kütləsini qoruyur. Protein baxımından zəngin olduğu üçün toxluq hissini artırır. Maddələr mübadiləsini sürətləndirir.



Tenesi Universitetində aparılan araşdırmaya görə, düzgün qidalanmadan əlavə, gündə iki kiçik kasa qatıq yeyənlər digərləri ilə müqayisədə daha çox yağ yandırırlar. Gündə 2 dəfə qatıq yeyənlər qarın yağlarının yandırılmasında daha tez nəticə əldə edə bilir, qarnını 81 faizədək arıqladırlar. Tərkibində olan faydalı bakteriyalar sayəsində bağırsaqların işini də yaxşılaşdırır.



Lakin mağazada qatıq almazdan əvvəl tərkibini oxuyub şəkər və yağ səviyyəsini öyrənin. Çünki yağlı qatıqlar, əksinə, kökəlməyinizə səbəb ola bilər. 



Qatıq istehlakı ağız qoxusunun qarşısını alır. Türkiyəli sağlam qidalanma mütəxəssisi Nilufər Hakarayan gecə yatmazdan əvvəl və ya yeməkdən sonra istehlak edilən qatığın həm bağırsaqları təmizlədiyini, həm də ağızda qoxuya səbəb olan bakteriya meydana gəlməsinin qarşısını aldığını bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!