Bu qidalar sizi qrip olmağa qoymayacaq

Bu qidalar sizi qrip olmağa qoymayacaq
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 57
Türkiyəli diyetoloq Vildan Kabataş qışda immuniteti gücləndirib xəstəliklərdən qoruyan qidaların siyahısını açıqlayıb.



Cəfəri: C vitamini və dəmir anbarıdır. Böyrəkləri təmizləyir və qan şəkərini nizamlayır



İspanaq: İmmunitet sistemini gücləndirən ispanaq dəmir baxımından zəngindir. Beta-karotin ehtiva etdiyi üçün yaşla birlikdə ortaya çıxan göz xəstəliklərinə qarşı da təsirlidir.

 

Kələm: Tərkibi qocalmağın qarşısını alan minerallar, xüsusən də natriumla zəngindir. Mədə və qida borusu xərçəngi təhlükəsini azaldır. Kələm növlərində olan U vitamini, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Dəri sağlamlığı üçün faydalıdır.



Brüssel kələmi: Az bişirilməsi və ya çiy istehlak edilməsi daha məqsədəuyğundur. İmmunitet sistemini gücləndirir. Lif, A, C vitaminləri və fol dəri sağlamlığı üçün də faydalıdır.



Balqabaq:  Balqabaq zəngin lif, A vitamini, fosfor və kalsiumdan ibarətdir. Lifli yeməklər bağırsaq xərçənginin yaranmasının qarşısını alır.



Soğan-sarımsaq: İmmunitet sistemini gücləndirməkdə olduqca təsirlidir.



Naringi: Zəngin C vitamini xüsusilə qış aylarında xəstəliklərdən müdafiə edir.



Portağal: C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir.



Qreypfrut: C Vitamini baxımından zəngin olan qreypfrut immunitet sistemi üçün olduqca yararlıdır.



Armud: A, B1, B2, B3, B6 və C vitaminləri ilə zəngindir. Qabıqlı olaraq istehlak edilməsi bağırsaq sağlamlığı üçün çox faydalıdır.



Razyana: Tərkibində uçucu yağlar olduğu üçün qaynatmaq olmaz, isti suda dəmləmə şəklində saxlayıb  içilməlidir. Razyana kalsium, kalium kimi minerallarla yanaşı, B vitamini ilə zəngindir. O, bədən müqavimətini artırır, nizamlı istifadə edildikdə xolesterini aşağı salır.



Sarıkök: Sarıkök antioksidant mənbəyidir. İltihabönləyici xüsusiyyətə malik olan sarıkök immuniteti güncləndirir.  Eyni zamanda mədə pozğunluğunun qarşısını alır



Kəvər: C, K və B vitamini anbarıdır. Bundan başqa, kalium, kalsium, silisium, maqnezium, kükürd, mis baxımından olduqca zəngindir. Eyni zamanda bağırsaqların işini yaxşılaşdıraraq qəbizlik problemini aradan qaldırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!