Niyə özünüzü daim ac hiss edirsiniz?

Niyə özünüzü daim ac hiss edirsiniz?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 40
Niyə özünüzü daim ac hiss edirsiniz?



Vücudun ehtiyac duyduğu qida və enerjini ala bilməsi üçün insanlar hər gün yemək yeməlidir. Amma əgər doymaq bilmirsinizsə, tərs gedən nə ola bilər? Oxuyun:



Kifayət qədər su içmirsiniz

Aclıq susuzluqla qarışdırıla bilər və insanlar adətən bir şeylər yemək yerinə içməyə üstünlük verirlər. Əgər hələ yeni yemək yeyimisinizsə və hələ də özünüzü ac hiss edirsinizsə, biraz su için və gözləyin. Aclığınız susuzluğunuzla birlikdə yox olacaqdır. Nizamlı maye istehlak etmək sağlamlığınız üçün olduğu qədər, saxta aclıq böhranlarının qarşısını almaq üçün də yaxşıdır.

     

Kifayət qədər yatmırsınız

Yalnız oyaq qaldığınız müddət ərzində daha çox kalori yandırdığınız üçün deyil, eyni zamanda yuxusuzluğun iştaha xəbərdarlıq edən hormon istehsalını artırması üzündən də doymamış ola bilərsiniz. Araşdırmalara görə, yuxusuzluq gündə 300-500 kalori daha çox almağınıza səbəb ola bilir. Və bu da gələcəkdə problemlər yarada bilər.

     

Çoxlu sayda karbohidrat yeyirsiniz

Tortlar, kökələr kimi ağ unla edilən sadə karbohidratlı qidalar qan şəkərinizdə ani yüksəlişlərə və aclıq böhranlarına səbəb olur. Bu aclıq böhranlarını nəzarət altına almasanız. Üstəlik karbohidratların hamısı pis deyil: tam taxıllı çörək və makaronlar, fındıq və meyvələrə üstünlük verin.

     

Spirt istehlak edirsiniz

Çətin bir günün ardından rahatlamaq üçün bir şeylər içməyi sevirsiniz amma çox spirt istehlak etmək orqanizmdə susuzluğa səbəb olur. Və daha əvvəl qeyd etdiyimiz kimi, susuzluq aclıq ilə qarışdırıla bilir.

     

Aktiv bir proqramınız var

Gün ərzində kifayət qədər qidalanmış olsanız belə, aktiv bir proqramınız varsa, özünüzü ac hiss edə bilərsiniz. Əgər fiziki cəhətdən fəaliyyətdə olsanız, enerji təmin etmək üçün daha çox kaloriyə ehtiyac duymağınız təbiidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!