D vitamini çatışmazlığının 7 əlaməti

D vitamini çatışmazlığının 7 əlaməti
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 20
D vitamini çatışmazlığından əziyyət çəkənlərin sayı qış aylarında sürətlə artır. Havanın soyuması, günlərin qısalması səbəbi ilə vaxtımızın çoxunu qapalı məkanlarda keçiririk. Belə olduqda dəri günəşdən faydalana bilmir və orqanizmdə D vitamini azalır.            



Araşdırmalar göstərib ki, insanların çoxu D vitamini çatışmazlığı ilə üzləşdiyinin fərqində olmur. Ancaq bu, kifayət qədər geniş yayılmış bir problemdir. Belə ki, statistika ABŞ vətəndaşlarının 32 faizinin bu problemdən əziyyət çəkdiyini göstərir.



Günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün xüsusi kremlərdən istifadə edənlər, vaxtının çoxunu qapalı məkanlarda keçirənlər, yaşı 50-ni ötənlər daha böyük risk altındadır.



1. Tünd dəri rəngi

Dərisi tünd rəngdə olanların D vitamini çatışmazlığından əziyyət çəkmələri labüddür. Çünki onların orqanizmi D vitaminini açıq dəriyə sahib olanlarla müqayisədə daha az istehsal edir.



2. Halsızlıq, kefsizlik

Ruh halına təsir edən və insana xoşbəxtlik verən serotonin hormonu işıqlı havada artır, qış aylarında isə azalır. 2006-cı ildə aparılan araşdırmalar göstərib ki, D vitamini çatışmazlığından əziyyət çəkənlər depressiyaya meyilli olurlar.



3. Yaşınız 50-ni ötüb?

Yaşlanan dəri daha az D vitamini istehsal edir. Üstəlik, yaşlı insanlar vaxtlarının çoxunu evdə keçirirlər. Bu da D vitamini çatışmazlığına gətirib çıxarır.



4. Köklük

Bədəndəki əzələlər və yağlar D vitaminini yığıb saxlayır. Yəni kök, həmçinin əzələli bədən quruluşuna sahib olanların orqanizmləri daha çox D vitamininə ehtiyac hiss edir.



5. Sümüklər sızıldayır

Mütəmadi olaraq sümükləriniz sızıldayır, özünüzü yorğun hiss edirsiniz? Böyük ehtimalla bunun səbəbi D vitamini çatışmazlığıdır.



6. Başın tərləməsi

Həkimlərin fikrincə, D vitamini çatışmazlığının əsas əlaməti başın tərləməsidir.



7. Bağırsaq problemləri

Bağırsaq xəstəliklərindən əziyyət çəkirsinizsə, orqanizminizdə D vitamininin azalması ehtimalı yüksəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!