Orqanizmi payıza hazırlayan 12 faydalı qida

Orqanizmi payıza hazırlayan 12 faydalı qida
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 15
Payızın gəlişi, mövsüm dəyişikliyi, hava temperaturunun aşağı düşməsi immunitet sistemini zəiflədir. Bu zaman bir çox insan qripdən, soyuqdəymədən əziyyət çəkir.



1. Brokkoli

C və E vitamini anbarı olan brokkoli immuniteti gücləndirir. Qida rasionunda tərəvəzlərin üstünlük təşkil etdiyi şəxslər nadir hallarda xəstələnirlər.



2. İspanaq

A, B, C, E vitaminləri, kalsium, maqnezium baxımından zəngin olan ispanaq infeksiyaların qarşısını alır, immuniteti gücləndirir.



3. Sarımsaq

Tərkibindəki antioksidantlar immunitet sistemini dəstəkləyir. Daha təsirli olması üçün doğramamış və bişirilməmiş şəkildə yeyilməlidir.



4. Balqabaq

Balqabaq payız mövsümünün ən faydalı bostan bitkisidir. C vitamini və E vitaminlərilə zəngin olan balqabağın tərkibində sağlamlığımız üçün lazım olan dəmir, kalium kimi vacib minerallar da var.



5. Balıq

Alabalıq, qızılbalıq kimi balıq növləri immuniteti gücləndirdiyi üçün həftədə ən az 1 dəfə istehlak edilməsi təklif edilir.



6. Təzə qırmızı istiot

Tərkibindəki beta-karotin, C və E vitaminləri ilə immuniteti möhkəmləndirir.



7. Qreypfrut

Yüksək miqdarda C vitamini ehtiva edən qreypfrut, həm də immunitet sistemini aktivləşdirən flavonoidlərdən ibarətdir.



8. Yaşıl Çay

Polifenol tərkibi ilə immunitet sisteminə olduqca əhəmiyyətli təsir göstərir. Soyuqdəymənin qarşısını almaq üçün hər gün 1 fincan yaşıl çay için.



9. Nar

Antioksidant xüsusiyyəti ilə tanınan nar tərkibindəki A və C vitamini sayəsində immunitet sistemini gücləndirir.



10. Alma

C və E vitamini ilə zəngin olan alma xəstəliklərlə mübarizədə bədənin müqavimətini artırır.



11. Yumurta

A vitamini və beta-karotinlə zəngin olan yumurta güclü immunitet müdafiəçisidir.



12. Qatıq

Qatıq orqanizmdən zərərli bakteriyaları yox edərək immunitet sistemini gücləndirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!