Qışa turp kimi girin

Qışa turp kimi girin
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 22
Qış aylarında yeyilməsi məsləhət görülən qidalar haqqında Qadınlar.Biz məlumat təqdim edir. Onların arasında birinci yeri alma tutur.



Alma - güclü antioksidanı olan meyvədir. C vitamini və kalsium baxımından zəngindir. Alma yeyən zaman yüksək səviyyədə sağlamlıq gücü olan meyvə yediyinizi unutmayın və ləzzətlə yeyin.



Kartof – hər evdə lazım olan bir tərəvəzdir. A vitamini baxımından zəngin olduğu üçün dərini cavanlaşdırır, immunitet sistemini gücləndirir.



Kök – Bu tərəvəzlə bütün qış boyunca gözəl yeməklər, xüsusən də şorbalar bişirə bilərsiniz. Kök şirin qidalar qrupuna aiddir və son dərəcə sağlamlıq gücü var. Bundan başqa liflidir. Qışda ətrafınızdakı hər kəs xəstə olduğu zaman sizin sağlam qalmağınıza kömək edəcək qidalardandır.



Turp yarpağı – Turp çox fantastik və ləzzətli bir tərəvəzdir. Elə isə turpun yarpağının da yeyildiyini bilirdinizmi? Tərkibindəki beta-karoten, C, E, B6, B9 vitaminləri ilə kalsium baxımından çox dəyərli bir qidadır. Turp yarpaqlarının yaşlanmağı gecikdirən təsiri var.



Balqabaq – Bu tərəvəzsiz sağlam qış qidaları siyahısı olmaz. Hər cür vitamin baxımından zəngin olması ilə bərabər, xüsusən də A vitamin "anbarı"dır. Balqabaq sağlamlıq gücü çox olan qidadır və qış ayları boyu sizi soyuqdan qoruyacaq bir çox mineral mənbəyidir.



Pomidor – Hər nə qədər yay mövsümü tərəvəzi olsa da, qışda şorbalara qatılan pomidorun öz ləzzəti olur. Ona görə də yayda qış üçün pomidor ehtiyatı etmək məqsədilə onu bişmiş formada və ya sirkədə bankalarda saxlayın. Pomidor ürək xəstəlikləri riskini azaldır.



Çuğundur yarpağı – sümük sağlamlığı üçün faydalı olan K vitamini tərkiblidir. Pəhriz saxlayanlar üçün çox faydalıdır, demək olar ki, bütün vitaminləri çuğundur yarpağında tapa bilərsiniz.



Qırmızı turp – C vitamini ilə zəngin bir bitkidir. Sadəcə qışda deyil, hər mövsümdə yeməyiniz məsləhət görülür. Bütün növ xərçəng riskini azaldır və son dərəcə ləzzətlidir.



Brüssel kələmi – İmmunitet sistemini gücləndirir. Dəmir, potasium qaynağıdır və sümüklüərinizin sağlamlığı üçün lazım olan K vitamini ilə zəngindir.



Nar – "Bazardan aldım bir dənə, evə gətrdim min dənə". Narın zənginliyi haqqında hətta tapmacalar da var. Nar yeyən insan bədəninin demək olar ki, bütün vitamin ehtiyaclarını ödəyir. Nar yeyən insanların immunitet sistemi güclü olur və daha sağlam həyat sürürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!